ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
18:08 | 11 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 419 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
ABŞ Federal Təhqiqat Bürosu (FBI) sağçı aktivist Çarli Kirkin Yuta Vadisi Universitetində çıxışı zamanı silahlı hücum nəticəsində öldürülməsi işində mühüm addım atıb. Qurumu təmsil edən rəsmilər hadisədə istifadə olunan silahın tapıldığını açıqlayıb.
FBI-ın Solt Leyk Siti sahə ofisinin xüsusi agenti Robert Bolsun sözlərinə görə, əldə edilən silah yüksək güclü, sürgülü tüfəngdir. O, tüfəngin hücumçunun qaçdığı meşəlik ərazidə tapıldığını bildirib.
Silah hazırda ekspertizaya göndərilib. Rəsmilər əlavə olaraq hadisə yerindən ayaqqabı izi, ovuc içi izi və qol izləri də topladıqlarını açıqlayıb.
Hadisə zamanı saxlanılan orta yaşlı ağdərili bir kişinin hadisə ilə əlaqəsinin olmadığı üzə çıxıb. Bununla belə, hüquq-mühafizə orqanları hücumçunu əks etdirən görüntülərin daha yüksək keyfiyyətli versiyalarını əldə etdiklərini və araşdırmanı intensivləşdirdiklərini bildirirlər.
Qətl ABŞ-da siyasi dairələrdə də rezonans doğurub. ABŞ vitse-prezidenti Ceyms Vens Kirkin ailəsinə başsağlığı vermək üçün Yutaya gedib. Kirk ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqlərindən biri kimi tanınırdı.