
Avropada orta ömür 81,7 ilə yüksəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
Diplomatik gərginlik artır
Avropalıların çoxu AB-ABŞ ticarət sazişini “aşağılayıcı” hesab edir
Sağçı deputatlar sənayenin, solçular yaşıl enerji tərəfdarlarının yanında
ABŞ və AB-nin yeni sanksiyaları Rusiyanın enerji bazarına məhdud təsir göstərəcək
Avropa Parlamentində Sol qrup bu gün Avropa Komissiyasına qarşı etimadsızlıq təklifi təqdim edib. Bu təşəbbüs, bir gün əvvəl ifrat sağçı “Avropa üçün vətənpərvərlər” qrupunun təqdim etdiyi oxşar təkliflə paralel olaraq gündəmə gəlib. Beləliklə, Ursula von der Leyen oktyabr ayında ardıcıl iki etimad səsverməsi ilə üz-üzə qalacaq.
Sol qrup prosesin başlanması üçün tələb olunan 72 imzanı (deputatların onda biri) təmin edib. İmzalara qrupun 46 deputatının yanaşı, “Yaşıllar/EFA” fraksiyasından – əsasən ispan və italiyalı – deputatlar, Almaniyanın radikal sol “Sahra Vagenknecht” İttifaqından və müstəqil siyasətçilər də dəstək verib. Sosialistlər və Demokratlardan irlandiyalı Aodhan Riordain də imza atanlar arasında olub.
Etimadsızlıq təşəbbüsü Avropa Komissiyasının istefasına yol açmağı hədəfləyir və iki əsas tənqidə əsaslanır: Komissiyanın ticarət strategiyası və Qəzza hgadisələrində tutduğu mövqe.
Sol qrup son AB-ABŞ ticarət razılaşmasını “zərərli, birtərəfli, əsassız” və “demokratik mandat olmadan imzalanmış” adlandırır. Həmçinin “AB-Mercosur” sazişi də kəskin şəkildə tənqid olunur.
Qrupun həmsədri Manon Obri açıqlamasında deyib: “Avropa Komissiyası hər şeyi zorla irəli aparmağa çalışır. ABŞ-la imzalanmış saziş Avropa Birliyini açıq şəkildə Donald Trampın tabeliyinə salacaq. “Mercosur” ilə saziş isə Avropa kənd təsərrüfatını məhv edəcək”, – deyə bildirib.
Təklifdə həmçinin Komissiyanın Avropada sosial və iqlim böhranlarına cavab verə bilməməsi pislənir. İmza atan deputatlar Ursula von der Leyen və komissarların istefa etməsi gərəkdiyi qənaətindədir.
Oktyabrda iki kritik səsvermə
Parlament qaydalarına görə, hər hansı etimadsızlıq təklifi öncə hüquq xidməti tərəfindən yoxlanılır. İmzalar təsdiqləndikdən sonra Parlamentin sədri Robert Metsola təklifi plenar müzakirəyə çıxarmalıdır. Səsvermə isə müzakirədən ən azı 48 saat sonra keçirilməlidir.
Beləliklə, oktyabrın əvvəlində həm Sol qrupun, həm də ifrat sağçıların təşəbbüsü eyni həftədə səsverməyə çıxarılacaq. Bu, Parlament tarixində ilk dəfədir ki, eyni həftədə Komissiyanı istefaya məcbur etmək üçün iki təşəbbüs gündəmə gəlir.
Uğur şansı azdır
Komissiyanın devrilməsi üçün istifadə edilən səslərin ən azı üçdə ikisi və bütün deputatların mütləq çoxluğu lazımdır. Bu yüksək baryer səbəbindən təşəbbüslərin qəbul olunması real görünmür.
Xatırladaq ki, iyul ayında bəzi Mühafizəkar deputatların təşəbbüsü ilə verilmiş etimadsızlıq təklifi 175 lehinə, 360 əleyhinə və 18 bitərəf səslə rədd edilmişdi.
Buna görə radikal sol ilə ifrat sağın uğur qazanması üçün əməkdaşlıq etməsi vacib görünür. Ancaq Sol qrup rəhbərləri Manon Obri və Martin Şirdevan, ifrat sağın təklifini dəstəkləməyəcəklərini açıqlayıblar.
“Avropa üçün vətənpərvərlər” qrupunun rəhbəri Jordan Bardella isə əksinə, məzmun baxımından razı qaldıqları halda digər qrupların təşəbbüslərinə dəstək verməkdə problem görmədiklərini deyib.