
ABŞ hərbi bazaya silahlı hücum
Beş hərbçi yaralanıb
Beş hərbçi yaralanıb
Braziliya lideri Lula: “ABŞ sanksiyalarına BRICS-lə cavab verəcəyik”
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Rusiya və Çin Yapon dənizində sualtı qayıq əleyhinə birgə təlim keçirdi
Bəzi ölkələr razılıq əldə edə bilmədi
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Asiyada reaksiyalar: Kimi vurdu, kimi xilas oldu?
Yeni Dehli Trampın əlavə tarif qərarını “təəssüf doğurucu” adlandırdı
Trampdan Çinə yeni gömrük vergisi siqnalı
Tramp çip idxalına tətbiq etdiyi gömrük planı
... Yaxud Nikita Mixalkova atasından qalan mənəvi miras
Vitkov Putinlə görüşüb
ABŞ–Rusiya qarşıdurmasında geri sayım; Trampın qərarı gözlənilir
8,8 bal gücündə zəlzələ nəticəsində Kamçatka yarımadası 2 metr cənub-şərqə yer dəyişib
Trampın gömrük tarifləri 6.25 milyardlıq layihəni dayandırdı
Ermənistan və Azərbaycan liderləri Trampla bir araya gəlir
Tanınmış qadın siyasətçi terrorizm ideologiyası Rusiyada yaranıb deyir. Güman ki, çoxları bu fikrin Kondolizza Raysa aid olacağını düşünəcək. Bu fikir Fiona Hillə – ABŞ Milli Təhlükəsizlik Şurasının sabiq direktoruna məxsusdur. Məncə, o, Rusiyanı heç də Kondolizza Raysdan az bilmir…
Fiona Hill, Britaniya-Amerika siyasət mütəxəssisdir, 1965-də İngiltərənin şimalında bir şaxtaçı ailəsində doğulub. Ailəsində universitet təhsili almış ilk insandır. Fiona doktorluq dərəcəsini (tarix üzrə) Harvard Universitetindən alıb. O, Rusiya və Avrasiya siyasəti üzrə ixtisaslaşıb. Amerikaya köçdükdən sonra ABŞ Prezidentinin Avropa və Rusiya məsələləri üzrə xüsusi köməkçisi, “Brookings” İnstitutunun eksperti olaraq çalışıb. Rusiya üzrə ən önəmli ekspertlərdən biri sayılır...
Terrorizm deyəndə əksəriyyətin ağlına 11 sentyabr dəhşəti, Əl-Qaidə, İŞİD və ya Orta Şərq müharibələri gəlir. Lakin az adam bilir ki, müasir terrorizm anlayışının ideoloji kökləri – bəli, bəlkə də təəccüblənəcəksiniz – inqilabdan əvvəlki Rusiyadan gəlir.
Rusiya üzrə tanınmış mütəxəssis Fiona Hill bu barədə açıq danışır: “Müasir dövrün radikal hərəkatları öz modelini ilk dəfə Çar Rusiyasında tapıb. Çünki orada repressiv siyasi rejim qarşısında dinc mübarizə mümkünsüz idi. Alternativ olaraq, zorakı dəyişiklik ideyası doğuldu. Və bu ideya təkcə silahlarla deyil – ideologiya ilə də silahlanmışdı”.
19-cu əsrin ortalarından etibarən Rusiya imperiyasında siyasi, sosial və iqtisadi təzyiqlər geniş narazılıqlara səbəb olurdu. Avtokrat rejim və senzura, kəndlilərlə fəhlə sinfinin ağır həyat şəraiti, siyasi islahatların aparılmaması... Bu şəraitdə əksər liberal və marksist hərəkatlardan fərqli olaraq bəziləri zorakı yolla dəyişiklik etmək ideyasını əsas götürdü. Bu, müasir siyasi terrorizmin ilk təzahürü kimi qiymətləndirilir.
Rus terrorizminin pionerləri “Narodnaya Volya” (Xalq İradəsi), Sergey Nechayev və başqaları cərəyan və təşkilatlar idilər. “Narodnaya Volya” 1870-1880-ci illərdə fəaliyyət göstərən rus inqilabçı qrupu idi. Əsas məqsədi avtokratik çar rejimini zor gücü ilə devirməkdi. Yapdıqları ən böyük terror hadisəsi 1881-də çar II Aleksandrın sui-qəsd nəticəsində öldürülməsi olmuşdu. “Terror – zorakılığın məcburi və legitim vasitəsidir”, – deyirdi Narodnaya Volya və əlavə edirdi: “Əgər səsimiz eşidilmirsə, partlayışla danışarıq”.
Rus terrorunun digər təmsilçisi Sergey Neçayev və “inqilabi amoralizm” idi. 1869-da yazdığı “İnqilabçının Kodeksi” (“Катехизис революционера”) radikal terrorçuların “İncil”i sayılır. Neçayevə görə inqilabçı öz həyatını və vicdanını məhv etməli, terror və manipulyasiya ilə dəyişiklik yaratmalıdır. Bu anlayış sonradan anarxistlərə və hətta XX əsr islamçı radikallarına da ilham verdi.
Fiona Hillə görə indiki dini və siyasi terror hərəkatlarının bir çoxunun konseptual ilham mənbəyi əslində Çar Rusiyasında ortaya çıxmış ideologiyalar idilər. O deyir ki, rusların “şəxsi fədakarlıq”, “əbədi düşmən”, “haqq uğrunda şiddət” fikirləri sonradan digər ideoloji terror qruplarına model oldular.
Bu ideologiyalar dini məzmunlu olmasa da fanatizm, şəhidlik mərtəbəsi və kütləvi zorakılıq kimi məsələlər əxlaqi əsaslandırma baxımından oxşar idilər. 1917-ci il Oktyabr inqilabı (oxu: çevrilişi) və bolşevik zorakılığı da bu əsasda inkişaf etmiş sistematik şiddətin davamı idi.
“Tarixin təkərrür etməsi” deyə günümüzün radikal hərəkatlarına – İŞİD, Boko Haram, müxtəlif sağ və sol ekstremist qruplara baxanda onların ideoloji motivləri fərqli görünə bilər, amma strukturları eynidir: Qəhrəmanlıq və şəhidlik, zoru müqəddəsləşdirmə, hədəflərə qarşı terror.
Fiona Hill bu məqamda haqlıdır: Bəli, bu mexanizmin ilk prototipi Rusiyada yaranıb və ona görə də terroru yalnız müasir dini radikalizmlə deyil, tarixin ideoloji izləri ilə də oxumaq lazımdır.
Bir çoxları terroru yalnız bir regionun, bir inancın problemi kimi görmək istəyir. Amma tarix sübut edir ki, fanatizm universal bir təhlükədir – onun dini yoxdursa, ideologiyası var. Əgər cəmiyyətlərdə dialoq yerinə zorakılıq, ümid yerinə ümidsizlik hökm sürərsə, bu ideyalar hər zaman geri dönəcəklər. Çünki terror təkcə bir hadisə deyil – o, bir fikir, bir qəzəb, bir etiraz formasıdır. Və bu qəzəb çox zaman əvvəlki zaman dilimlərinin kölgəsindən çıxır: Zaman dəyişsə də kölgələri qalır.
***
Fiona Hill torpağın çürüdüyü bir bölgədə doğulub böyüdü. Atasının çalışdığı mədən bağlandı, ümidsizlik artdı. Atası “Burada sənin üçün heç nə yoxdur” dedi, onu bu bərbad bölgəni tərk etməyə çağırdı. Sent Endryus, Moskva və Harvardda oxudu.
İngiltərədə iş tapmadı, Amerikaya getdi, ora vətəndaşı oldu. Ağ evdə çalışdı, üç ABŞ prezidenti ilə işlədi. Prezident Trampın ilk impiçment sorğusunda onun əleyhinə ifadə verdi. Qorxmadı, bilirdi ki, unudulmuş insanların çarəsizliyi Amerika siyasətini uçuruma sürükləyir. Və bilirdi ki, Rusiyadan xilas olmaq üçün vaxt daralır.
Düşüncələrini “Mr. Putin: Operative in the Kremlin”, (“Cənab Putin: Kremldəki xüsusi agent”), “There Is Nothing for You Here” (“Burada Sizə Görə Heç Nə Yoxdur”) adlı kitablarda dilə gətirdi. Özü də kəşfiyyatçı olan Fiona Hillin kəşfiyyatçı Putin haqda qələmə aldıqları çox maraqlı olmalıdır ki, sonuncu kitabı “The New York Times” qəzetinə görə bestseller seçildi…