vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TƏHSİL, DİN  
“Ars Magna” 00:11 | 4 iyun 2025 | Çərşənbə Məqaləyə 50 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ars Magna”

Avropanın ilk riyazi əsəri

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

XVI əsrdə İtaliyanın şimalındakı şəhərlərdə açıq riyaziyyat yarışları keçirilirdi. Riyaziyyatçılar bir-birilərini duelə çağırır, misal və məsələlərin həllində zəkalarını nümayiş etdirirdilər. Belə yarışlar çox vaxt pulla keçirilir, qaliblər mükafatlandırılırdı. Bu müsabiqələr gəncləri cəlb edir, riyaziyyat müəllimlərini məşhurlaşdırırdı. İştirakçılar problemlərin həll üsullarını gizli saxlamağa üstünlük verirdilər ki, başqa intellektual duellərdə üstünlük üçün onlardan istifadə etsinlər.

1530-cu illərdə Milanda Cerolamo Kardano (1501-1576) adlı həkim, astroloq və hesab müəllimi yaşayırdı. O hiylə işlədərək venesiyalı Nikkolo Tartalyanı ona kub tənliklərin həllinin sirrini verməyə sövq etdi. Kardano bu sirlə digər riyaziyyatçıları dueldə məğlubiyyətə uğratdı. Kardano venesiyalı Tartalyaya verdiyi məxfilik vədini pozaraq 1545-ci ildə yazdığı “Ars Magna” adlı kitabında (lat: “Artis Magnae, Sive de Regulis Algebraicis”, yaxud “Böyük sənət və ya cəbr qaydaları”) kub tənliklərin həlli yollarını verdi. Onların arasında qarşılıqlı təhqirlərə keçən qalmaqallı mübahisə yarandı.

Mübahisəni 1548-ci ildə keçirilən riyazi dueldə həll etməyə cəhd göstərildi. Kub tənliklərin həllini ilk verən Tartalya olsa da, onun müəllifliyi Kardanoya yazıldı, düstura “Kardano düsturu” deyildi və o daha böyük şöhrətə çatdı. Kardano həmçinin bütün növ kub tənliklərin həllini ümumiləşdirərək onların ümumi nəzəriyyəsinin əsasını qoydu...

Kardano dünyanın ən yaxşı riyaziyyatçılarının iki min il boyunca öhdəsindən gələ bilmədiyi bir problemi həll etdi – üçüncü və dördüncü dərəcəli tənliklərin köklərini açıq (cəbri) formada tapdı. İtalyan alimin kitabı yeni Avropanın ilk riyazi əsəri idi. Burada yunan və İslam alimlərinə məlum olmayan yeni nəzəri metodun kəşfi yer almışdı.

“Ars Magna” Erkən İntibah dövrünün üç ən böyük elmi kitabından biri sayılır – Kopernikin “Göy cisimlərinin fırlanması” və Vezalinin “İnsan orqanizminin quruluşu haqqında yeddi kitab” traktatları ilə birlikdə. Bu üç əsər riyaziyyat, astronomiya və tibdə elmi inqilabın başlanğıcı oldu.

Cerolamo Kardano saxtakar deyildi, hiylə işlətsə də, XVI əsrin ən böyük cəbr virtuozlarından biri idi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)