
Həkimlik və müəllimliyə təhlükə
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
Ali pedaqoji təhsili olmayanlar yüzlərlə şagird yetişdirmiş müəllimlərə belə deyir
Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
Heç kim üç kritik peşəyə maraq göstərmir
... Yaxud duellərin sayını azaldan riyaziyyatçı
ABŞ-da dünya şöhrəti qazanan bacı, Rusiyada güllələnən qardaş Nyoterlər
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Eynşteyinin məşhur fotosunun və riyazi simvolun yaranma tarixi
... Yaxud şagirdlərinə riyaziyyatı sevdirən “italyan aktyor”u
Qravitasiya indiki vəziyyətdən bir qədər yüksək və ya aşağı olsaydı ...
Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?
Kurt Gödel: “Mən empirik elmə inanmıram. İnandığım yalnız apriori həqiqətdir”
Zərif cinsin nümayəndələrindən neçəsi polis və hərbiyə üstünlük verir?
“Tarixdə ancaq elmə, təcrübəyə və məntiqə önəm verən cəmiyyətlər qalacaq”
“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”
1939-cu ildə Berkli Kaliforniya Universitetinin aspirantı Corc Dantziq təsadüfən həll olunmayan problemləri sadəcə ev tapşırığı kimi qəbul edərək həll etdi. Bu inanılmaz hekayə özünə inamın və açıq fikirliliyin ən böyük kəşflərə necə səbəb ola biləcəyinə bir nümunədir.
Corc Dantziq statistika dərslərindən birinə gecikmişdi. O, sinfə girəndə professor Cerzi Splava-Neyman artıq məsələni izah edirdi. Lövhədə iki məsələ yazılmışdı. Bu problemlərdə məsələnin mahiyyətini bilməyən Danziq lövhədə yazılanı ev tapşırığı hesab edərək dəftərinə köçürdü və üzərində işləməyə başladı.
Bu tapşırıqlar inanılmaz dərəcədə çətin idi. Dantziq gecəsini-gündüzünü kitabxanada keçirir, materialları öyrənir, hesablamalar aparır və hipotezlərin sınağını aparırdı. Bir neçə gündən sonra o, bir problemin həllini tapdı. Həll o qədər böyük alındı ki, 4 məqaləni əhatə etdi.
Corc növbəti dərsdə professorun bu tapşırıqlar barədə qeyd etmədiyinə təəccübləndi. Sonra əlini qaldırıb soruşmaq qərarına gəldi:
– Professor, axırıncı mühazirədəki tapşırıqları heç soruşmadınız?
Müəllim təəccübləndi:
– Hansı tapşırıqları? Onlar həll edilməmiş riyazi problemlərin nümunələri idi.
Təəccüblənən tələbə cavab verdi:
– Amma mən onlardan birini həll etdim!
Professor heyrətləndi. Məlum oldu ki, həmin məsələlər ev tapşırıqları deyildi. Bunlar elm adamlarının onilliklər boyu mübarizə apardıqları statistikada məşhur həll olunmamış problemlər idi. Problemlərin çətinliyi haqqında heç nə bilməyən Dantzig onları sadəcə bir ev tapşırığı kimi qəbul etdiyi üçün həll edə bilmişdi. Bu hekayə hələ də universitet dəhlizlərində danışılır.
Corcun həlli nəzərdən keçirildi, düzgün olduğu təsdiqləndi və onun adı ilə Kolumbiya Universitetinin qeydlərinə daxil edildi. Professor Neyman daha sonra Dantziqin işini nəşrə təqdim etdi və o, tez bir zamanda elmi ictimaiyyətdə tanındı. Bu kəşflər statistikaya mühüm töhfələr verməklə yanaşı, bu sahədə gələcək tədqiqatların da əsasını qoydu.
Kəşfin əhəmiyyəti
Problemin həlli riyaziyyat və statistikaya böyük təsir göstərdi. Dantziqin yaradıcılığına bu gün də istinad edilir və onun həlli üçün istifadə olunan metodologiya tədqiqatın yeni istiqamətləri üçün əsas yaratmışdır.
Corc Dantziq dünya şöhrətli alim oldu. O, bu gün iqtisadiyyat, mühəndislik və digər sahələrdə istifadə olunan xətti proqramlaşdırma məsələlərinin həlli üçün əsas alqoritm olan simpleks metodunu işləyib hazırlayıb. Onun optimallaşdırma üzrə tədqiqatı resurs planlaması, həmçinin müxtəlif süni intellekt sistemlərinin qurulmasında, logistikada istifadə olunur.
Hər kəs üçün dərs
Danziqin hekayəsi göstərir ki, bəzən qəbul edilmiş məhdudiyyətləri bilməmək qeyri-mümkünə nail olmağa imkan verir. O, professorun bu problemlərin “mümkünsüz” olduğunu dediyini eşitməmişdi. Sadəcə, həll edilməli olan problemlərin olduğunu düşünürdü. Çətinliyə boyun əymədi. O, qətiyyətlə, cəsarətlə və əzmlə hərəkət etmişdi. Problemlərin həll olunmaz hesab edildiyini bilsəydi, bəlkə də onları həll etməyə cəhd etməzdi. Bu hekayə öz inanclarımızın və qorxularımızın çox vaxt uğurun əsas maneəsinə çevrildiyini xatırladır.
Sizə “bacarmazsan” deyənlərə qulaq asmayın. Bu mesaj dərsə gecikməyinizi təşviq etmir. Nə olursa olsun öz potensialınıza inanmağınızı söyləyir. Fiziki olaraq bir yerdə olmaq kifayət deyil. Fərqi yaradan sizin qətiyyətiniz olacaq.