ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
07:08 | 11 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 369 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Fransada çörəyin içindən çıxan qorxutdu
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Hər bir millətin, ölkənin gələcəyi iki istiqamətdə inkişaf edə bilər. Evalyutsiya (təkamül) və revalyutsiya (inqilab) Düşünürəm burda re şəkilçisi tam yerində işlədilib. Revalyutsiya (inqilab) geriyə qayıdış deməkdir, nəinki inkişaf. Hətta millətin, ölkənin tam iflasına gətirib çıxaran səbəbdir. Gəlin baxaq.
Bəşəriyyətin tarixinə təsir edəcək 3 möhtəşəm inqilab haqqında yazmaq istəyirəm. Fransa, Rusiya və Ərəb baharı. Ərəb baharı günümüzdə baş verdiyindən onun haqqında çox danışmaq istəmirəm. İnqilab baş verən ölkələrin hansı hala düşməsi göz önündədir. Onlar nəinki irəli getmədilər, hətta orta əsrlər dövrünə qayıdıb, qəbilə savaşlarına başladılar.
Fransa İnqilabı ilə Rusiya İnqilabı hətta personajlarına görə belə bir birinə heyrətamiz dərəcədə bənzəyir. XVI Lüdovik qədər islahatçı və qətiyyətsiz II Nikolay talelərinə görə də oxşar həyat yaşadılar. Fəaliyyətinə və prinsiplərinə və gələcək taleyinə görə Kerenski Lafayetin davamçısı oldu. Lenin, Trotski, Dzerjinski və s. inqilabçılar həm xaraktercə, həm də işlətdikləri metdodlara görə təəcübləndirəcək dərəcədə Robespyerə, Dantona, Demuenə və digərlərinə bənzəyirdi. Parisdəki Yakobinçilər klubu isə RSDFP(bolşeviklər) partiyasınn analoqu idi. Hər iki ölkədə inqilabçılar bir birlərinə yoldaş deyə müraciət edir, vəzifədə adamları isə komissar adlanırdı. Fransa inqilabı bütün Avropanı istila edən Napoleon kimi bir tiran yetişdirdisə, Rusiya inqilabı Avropanın yarısını istila edən Stalini meydana çıxardı. Çünki bu dəfə dünya artıq başqa cür idi.... Bütün Avropanı işğal etməyə imkan verməzdilər.
Gəlin indi təhlil edək. Əgər Fransa inqilabı olmasaydı bu dövlət indi söz sahibi olan, möhtəşəm bir dövlət idi. (Böyük Britaniya, ABŞ və s. kimi) Əgər Rusiya inqilabı olmasaydı, inkişaf təkamül yolu ilə getsəydi Rusiyanın nüfuzu indikindən qat-qat güclü idi. Bu gün beynəlxalq arenada Rusiya, heç Çin, kiçik bir Yaponiya və ya İsrail qədər də olsa söz sahibi deyil. Fransa inqilab nəticəsində öz müstəmləkələrindən məhrum oldusa, Rusiyada isə inqilab nəticəsində əsrlərlə davam edən imperiya dağıldı. Hər iki dövlət bu inqilabların verdiyi sarsıntıdan hələ də özlərinə gəlməyiblər.
Kiçik dövlətlər üçünsə inqilab daha təhlükəli və dövlətçiliyin itirilməsinə belə gətirib çıxara bilən kifayət qədər ciddi fəsadlar yaradacaq, bir addımdır.