vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MÜƏLLİF  
Çəkiclə yaranan fəlsəfə 15:44 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 40 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çəkiclə yaranan fəlsəfə

Bu gün mədəniyyətimizin qələmdən çox, gürzə ehtiyacı var

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bütlərin alaqaranlığı” kitabında Nitsşe deyirdi ki, mən fəlsəfəni çəkiclə yaradıram. Əlbəttə, söhbət bütləri, bütləşmiş, doqmalaşmış düşüncələri, vərdişləri yıxmaqdan gedirsə, bundan ötrü ancaq çəkicə əl atacaqsan.

Məsələn, biz sovet dövrünü görməyən nəsillərin vergiləri hesabına sovet müstəmləkəçiliyi zamanı yaradılan və artıq heç bir funksionallığı qalmayan mədəniyyəti niyə qoruyuruq? Çünki bu mədəniyyətin əlində çəkic yoxdur, olmayıb. Bayrağında çəkic şəkli olsa da.

Çünki bu mədəniyyət bütləri dağıtmaqla yox, yeni bütlər yaratmaqla görəvləndirilmişdi.

Nitsşe fəlsəfəni çəkiclə yaratdığını deyəndə Avropa mədəniyyətini köhnə bütlərdən xilas etmək istədiyini söyləyirdi.

Bu gün Azərbaycan da bütləşmiş, doğmalaşmış fikirlər, düşüncələr ölkəsidir. Bütün sahələr bütbeyinlərlə doludur. Bədənlər gənc olsa da, beyinlər qoca, hətta ölüdür.

Bu gün mədəniyyətimizin qələmdən çox, çəkicə ehtiyacı var. O çəkic yaşından asılı olmayaraq kimin əlindədirsə, bu millətin gələcəyini düşünən odur.

Bu gün 60 yaşı tamam olan millət vəkili əlində çəkic olan o azsaylı şəxsiyyətlərdən biridir. Ona görə söyənləri alqışlayanlarından çoxdur. Çünki beynimizdə oturmuş bütlər əli çəkicli adamları düşmən kimi görürlər.

Onun dəyəri sındırdığı bütlərin toz-torpağı çəkiləndən sonra daha aydın görünəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)