vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
Kollektiv həmrəyliyə zidd 10:18 | 21 avqust 2025 | Cümə axşamı Məqaləyə 45 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kollektiv həmrəyliyə zidd

Şəxsiyyət – kollektiv nizamdan sıçrayışdır

Aqşin YENİSEY

Heç bir xalq şəxsiyyət yetişdirmir. Şəxsiyyət öz xalqının ucqarında yetişir. Xalq onun yetişmə prosesində iştirak etmir, etsə, şəxsiyyət yetişdirmə təcrübəsi qazanar və heç vaxt şəxsiyyət qıtlığıyla üzləşməz. Xalq özü-özünü yetişdirən hazır meyvəyə sahib çıxır.

Şəxsiyyət kollektiv ölçülərin fövqündə bir fərddir. Kollektiv nizamda bir sıçrayışdır, pozuntudur. Ümumi düzəndən seçilən bir fərqlilikdir.

Xalqın mövcudluq prinsipi eynilikdir!

Şəxsiyyət kollektiv həmrəyliyə zidd biridir. Zidd olmasa, fərqlənə bilməz. Xalq buna görə şəxsiyyətin öz içində yetişməsinə imkan verməz. Onu ya məhv edər, ya özündən kənarlaşdırar.

Şəxsiyyət kimi xarakterizə etdiyimiz bütün tarixi şəxslərin öz xalqı ilə ölüm-dirim problemi olub.

Şəxsiyyət və xalq bir-birini “öldürüb” diriltmək istəyir həmişə.

Şəxsiyyətin xalqa təsiri “oyatmaq”, “yeniləmək” kimi dirilməni ifadə edən sözlərlə izah olunur.

Şəxsiyyəti öldürdüyü deyil, diriltdiyi xalq qəbul edir, bağrına basır.

Şəxsiyyət həmişə oğulların sevdiyidir, o oğulların ki, atalarını özü öldürüb.

Bir xalqı onun dahi şəxsiyyətləriylə obrazlaşdırmaq pedaqoji yanaşmadır.

Tarixi, mədəni, əxlaqi, sosial, siyasi və s baxımdan heç bir xalq özünün dahi şəxsiyyətlərinə tay deyil.

Olsaydı bütün ərəblər Məhəmməd, bütün ruslar Tolstoy, bütün türklər Atatürk kimi olardı.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)