
Səyahət mövsümündə aviaxaos
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
DHL paylama mərkəzində şübhəli paket 12 nəfəri xəstəxanalıq edib
Dəhşətin səbəbi elektrikli nəqliyyat vasitələri
“Təhlükəli yük” sulara qərq oldu
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
«Silk Way East Airlines» kargo xidməti göstərəcək
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Almaniyada DHL müştərilərini hədəf alan saxta e-poçt və SMS-lərlə həyata keçirilən yeni fırıldaq dalğası ciddi təhlükə yaradıb. İstehlakçılar xəbərdar edilir.
2025-ci ildə kibercinayətkarlar daha təşkilatlanmış və peşəkar hala gəlsə də, Almaniyada xüsusilə DHL müştərilərini hədəf alan yeni fırıldaqçılıq dalğası narahatlıq doğurur. Gündə milyonlarla insan tərəfindən istifadə olunan DHL, illik 1,6 milyarddan çox paket çatdırılması ilə ölkənin ən böyük çatdırılma xidməti təminatçısıdır. Buna görə də, fırıldaqçıların saxta DHL mesajları vasitəsilə tətbiq etdiyi yeni taktikalar istehlakçı təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir.
Fırıldaqçıların yeni metodu DHL adı ilə göndərilmiş kimi görünən e-poçt və SMS-lərlə başlayır. Bu mesajlarda “paketiniz çox ağırdır” və ya “gömrük haqqını ödəməlisiniz” kimi xəbərdarlıqlar yer alır. İstifadəçilər “İndi ödə” kimi diqqətçəkən düymələrlə saxta saytlara yönləndirilir. Bu saytlarda şəxsi məlumatlar və ödəniş məlumatları oğurlanır. Hətta hücumçular yalnız mətnlə kifayətlənmir, QR kodlar (quishing) vasitəsilə telefonla skan edilən kodlarla istifadəçiləri zərərli saytlara cəlb edirlər.
Gerçək və saxta DHL mesajlarını necə ayırmaq olar?
İstehlakçı təşkilatlarına görə, saxta mesajları ayırmaq üçün bir neçə üsul var: Həqiqi DHL e-poçtları adətən @dhl.com emaili ilə gəlir, fırıldaqçılar isə “Gmail” kimi pulsuz e-poçt xidmətlərindən istifadə edir. Həmçinin fəqiqi mesajlarda alıcıya adı ilə müraciət edilir, saxta mesajlar isə ümumi ifadələrlə başlayır (“Hörmətli müştəri” kimi). Hücumçular, istifadəçilərdə zaman təzyiqi yaratmaq üçün paketin geri göndəriləcəyi təhdidini tez-tez istifadə edirlər.
Süni intellekt dəstəklı hücumlar artır
Kibercinayətkarlar saxta mesajları daha inandırıcı etmək üçün süni intellektdən istifadə edirlər. Yanlış cümlələr yerini düzgün və hətta fərdiləşdirilmiş ifadələrə buraxır. Hücumlar yalnız e-poçtla məhdudlaşmır; saxta paket etiketləri və QR kodlar da istifadə olunur. Bu kodlar skan edildikdə, istifadəçilər fərqində olmadan şifrə və kredit kartı məlumatlarını fırıldaqçılara təqdim edirlər.
Ekspertlər, xüsusilə naməlum bağlantılara klikləməyi, gözlənilməyən faylları açmamağı və göndəriş vəziyyətini yalnız DHL-in rəsmi tətbiq və saytından yoxlamağı tövsiyə edir. Saxta bağlantılar cihazlara “trojan” və ya şantaj proqramı kimi zərərli proqramlar yükləyə bilər.
Rəqəmlər narahatlıq doğurur
Almaniya Federal Kriminal Dairəsinin (BKA) məlumatına görə, ötən il ölkədə 131 mindən çox kibercinayət hadisəsi baş verib. Bu hadisələrin Almaniya iqtisadiyyatına maliyyə təsiri təxminən 267 milyard avro hesablanıb. Bu cinayətlərin ən yayılmış növü isə DHL nümunəsində olduğu kimi kimlik oğurluğu (phishing) hücumlarıdır. Ekspertlər, fırıldaqçıların daha da peşəkarlaşması ilə belə hücumların artaraq davam edəcəyini bildirirlər.