
Kimin “günah keçi”ləri var?
Şimali Koreya hərbi gəminin buraxılması qəzasından sonra dördüncü şəxsi həbs olunub
Şimali Koreya hərbi gəminin buraxılması qəzasından sonra dördüncü şəxsi həbs olunub
... Nə bağ bildi, nə də bağban
Destinasiyalar Körfəz ölkələrindən gələn turistlərin sayına təsir edir
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
“F-18” qırıcısı təyyarədaşıyan gəmidən sulara qərq olub
Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
Rusiya gəmilərin adını və qyeydiyyatını dəyişib qaz satmağa davam edirdəyişib
İslahatların dərinləşdirilməsi aktuallaşıb
Alman tərsanəsində böyük məşğulluq
Yanğın başlayıb
İkinci “Titanik” faciəsindən möcüzə nəticəsində xilas
Cənubi Koreyada balıqçı gəmisi batıb
“Sultana” gəmisinin batması XIX əsrin ən dəhşətli gəmi qəzası sayılır
Siciliyada batmış super lüks yaxtada itkin düşənlərin müəmmalı ortaq nöqtəsi
7 nəfər itkin düşüb
Bionik dəri ilə bir gəmi 300 ton yanacağa qənaət edəcək, 900 ton az karbon qazı buraxacaq
Hindistanın cənubundakı Kerala sahillərində Liberiya bayraqlı konteyner gəmisi daşıdığı təhlükəli maddələrlə birlikdə batıb. Hindistan Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamaya görə, gəminin 24 ekipaj üzvü xilas edilib.
Donanma bildirib ki, 184 metrlik gəmi Hindistanın Vizhinjam limanından Koçiyə doğru hərəkət edirdi. Şənbə günü gəmidən “SOS!” siqnalı yayılıb. Yardım çağırışından sonra Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus hava və dəniz texnikası hadisə yerinə göndərilib.
***
Hindistan Müdafiə Nazirliyi də insidentlə bağlı açıqlamasında 24 ekipaj üzvünün hamısının xilas edildiyini təsdiqləyib. Hindistan Sahil Mühafizəsi qrupları tərəfindən xilas edilən dənizçilərin Gürcüstan, Rusiya, Ukrayna və Filippin vətəndaşları olduğu bildirilib.
Açıqlamada batmış gəmidə 640 konteynerin olduğu, bunlardan 13-nün “təhlükəli yük” daşıdığı, 12-nin isə kalsium karbid adlı maddənin olduğu bildirilib.
Kimyəvi olaraq kalsium karbid kimi tanınan karbid, asetilen qazı çıxarmaq üçün su ilə sürətlə reaksiya verən kimyəvi maddədir. İnsan sağlamlığı üçün çox zərərli olan karbid gübrə istehsalında, polad istehsalı və hava şarlarında da istifadə oluna bilər.
Digər tərəfdən Hindistan Müdafiə Nazirliyi təhlükəli olduğunu bildirdiyi konteynerlərin içərisində nə olduğu barədə məlumat verməyib. Hərbi Dəniz Qüvvələri hadisədən sonra “çirklənməyə qarşı tam cavab hazırlıqlarına” başlanıldığını da açıqlayıb.
Gəmidə 370 ton yanacaq və yağ olduğu bildirilərkən, Sahil Mühafizəsi “algılama sistemləri”nin işə salındığını və bu günə qədər heç bir sızma aşkar edilmədiyini bildirib.