
Bəhreyn sahilində ilk aviadaşıyıcı
Süni peyk görüntülərində ABŞ hücum qrupunun İranın qapısında olduğu məlum olub
Süni peyk görüntülərində ABŞ hücum qrupunun İranın qapısında olduğu məlum olub
Dənizçilik fəlakətinin zəhərli mirası Şri-Lankaya milyardlarla plastiklə qayıdır
Bərə ilə toqquşan gəmi batıb
Qocalar evini tərk edib kruiz gəmisinə köçən yaşlı qadın 15 il ərzində dünyanı gəzəcək
Qızıl külçə qalmaqalı Fransaya yayıldı
Rusiya hərbi gəmiləri Yapon dənizində təlimlər keçirir
İnsan fəaliyyətləri vəziyyəti getdikcə pisləşdirir
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
Gəmilər boğaza girməyə qorxur
Siyahıda 60 gəmi var
Dəhşətin səbəbi elektrikli nəqliyyat vasitələri
Şimali Koreyanın qəribə xilasetmə əməliyyatı
Şimali Koreya hərbi gəminin buraxılması qəzasından sonra dördüncü şəxsi həbs olunub
“Təhlükəli yük” sulara qərq oldu
... Nə bağ bildi, nə də bağban
Destinasiyalar Körfəz ölkələrindən gələn turistlərin sayına təsir edir
İndoneziyanın Bali adası yaxınlığında içərisində 65 nəfərin olduğu bərə batıb. İndoneziya Axtarış və Xilasetmə Agentliyi hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini, 30 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıb. Qəzadan 31 nəfərin sağ qaldığı bildirilib.
“KMP Tunu Pratama Jaya” adlı bərə srağagün axşam Şərqi Yava əyalətindəki Banyuvangi limanından Bali şəhərinə yola düşdü. Agentliyin paylaşdığı məlumata görə, bərədə 53 sərnişin və 12 ekipaj üzvü, həmçinin 22 nəqliyyat vasitəsi olub.
Bildirilib ki, itkin düşən 30 nəfərin tapılması üçün axtarış əməliyyatı aparılarkən, güclü axın və külək səyləri yarımçıq qoyub. Səylərdə bir helikopter və 13 sualtı xilasetmə heyətinin də iştirak etdiyi bildirilib.
Sərnişinlərin hansı ölkədən olması ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, “MetroTV” kanalının açıqladığı siyahıda bərədə heç bir xarici ölkə vətəndaşının olmadığı görülüb.
17.000-dən çox adanın olduğu İndoneziyada bərələr nəqliyyat üçün tez-tez istifadə olunan dəniz vasitəsidir. Ciddi təhlükəsizlik standartlarının olmaması səbəbindən, həddindən artıq yüklənmə və adekvat qəza avadanlığının olmaması ölkədə tez-tez dəniz qəzalarına səbəb olur. 2023-cü ildə Sulavesi adasında kiçik bərə batması nəticəsində ən azı 15 nəfər həyatını itirmişdi.