
Okeanın altındakı kabus
Dənizçilik fəlakətinin zəhərli mirası Şri-Lankaya milyardlarla plastiklə qayıdır
Dənizçilik fəlakətinin zəhərli mirası Şri-Lankaya milyardlarla plastiklə qayıdır
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
Bərə ilə toqquşan gəmi batıb
Qocalar evini tərk edib kruiz gəmisinə köçən yaşlı qadın 15 il ərzində dünyanı gəzəcək
Qızıl külçə qalmaqalı Fransaya yayıldı
4 nəfər ölüb, 30 nəfər itkin düşüb
Rusiya hərbi gəmiləri Yapon dənizində təlimlər keçirir
İnsan fəaliyyətləri vəziyyəti getdikcə pisləşdirir
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
“Greenpeace” ekoloji fəlakət barədə xəbərdarlıq edir
Siyahıda 60 gəmi var
Dəhşətin səbəbi elektrikli nəqliyyat vasitələri
Şimali Koreyanın qəribə xilasetmə əməliyyatı
Şimali Koreya hərbi gəminin buraxılması qəzasından sonra dördüncü şəxsi həbs olunub
“Təhlükəli yük” sulara qərq oldu
Həftə sonu ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarından sonra İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kevseri parlamentin Hörmüz boğazının bağlanması qənaətinə gəldiyini, lakin yekun qərarın Ali Milli Təhlükəsizlik Şurasının əlində olduğunu bildirib.
İranın belə bir qərar verə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən diqqətlər qlobal ticarətin əsas nöqtələrindən biri olan Hörmüz boğazına yönəlib.
Boğazda gəmilərin hərəkəti davam etsə də, bu strateji keçiddən istifadə edən gəmilərin sayında hələ də ciddi azalma müşahidə olunmayıb.
“MarineTraffic” məlumat təqibi şirkətindən verilən məlumata görə, dünən axşam saatlarına kimi 6 böyük tanker Hörmüz boğazına girmədən geri qayıdıb.
Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərindən Küveyt limanına doğru hərəkət edən "Marie C" neft tankeri Hörmüz boğazına girmədən əks istiqamətə dönüb və hazırda Oman körfəzindədir.
Britaniya bayraqlı neft tankeri “Kohzan Maru” mayın 29-da Yaponiyanın Niiqata limanından yola düşüb və Oman körfəzində gözləyir.
Panama bayraqlı “Red Ruby” xam neft tankeri iyunun 18-də füceyrədən yola düşdükdən sonra Hörmüz boğazına girməmək üçün geri qayıdıb.
Mayın 14-də Cənubi Koreyanın Ulsan limanından yola düşən və İraq neftini Bəsrə limanına yükləməli olan “South Loyalty” markalı xam neft tankeri dünən axşam saatlarında ilk olaraq geri dönüş edib və Hörmüz boğazına girməkdən vaz keçib. Lakin sözügedən tanker daha sonra ikinci dönüş edib və yenidən Hörmüz boğazına doğru yola düşüb.
Honq-Konq bayraqlı xam neft tankeri “Coswisdom Lake” də BƏƏ xam neftini yükləmək üçün iyunun 7-də Çinin Zhanjiang limanından yola düşüb. Hörmüz boğazına doğru dönən tanker daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Zirku ada terminalına doğru yola düşüb.
Norveç bayrağı altında üzən “Damsgaard” neft tankeri geri dönərək Hörmüz boğazına doğru yenidən yola çıxan gəmilər arasındadır. İyunun 20-də Pakistandan yola düşən gəmi Birləşmiş Ərəb Əmirliklərinin Ruveys limanında yüklənməlidir.
***
Fars körfəzinin mənsəbində yerləşən dar su yolu olan Hörmüz boğazı Yaxın Şərqdə neft və mayeləşdirilmiş təbii qaz (LNG) hasilatının Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına nəqlini təmin edir.
Dənizlə daşınan xam neftin təxminən üçdə birinin daşınması üçün istifadə edilən bu strateji keçid Yaxın Şərqdəki istehsalçılar, xüsusilə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün xam neft və kondensatın daşınmasında mühüm rol oynayır. Hörmüz boğazında neft ticarəti də dünya üzrə ümumi neft istehlakının beşdə birini təşkil edir.
Hörmüz boğazından hər gün keçən təxminən 20 milyon barel neft və neft məhsullarının əksəriyyəti Asiya bazarlarına, xüsusən də Çinə çatır.
İranın neft ixracının böyük hissəsi Hörmüz boğazı vasitəsilə Çinə göndərilir.
Eynilə, İraq neftinin 85 faizi Hörmüz boğazından keçir.
Hörmüz boğazı ilə nəql edilən ümumi neftin 35 faizi Səudiyyə Ərəbistanının, 20 faizi Birləşmiş Ərəb Əmirliklərinin, 17 faizi isə İraqın payına düşür.
Bundan əlavə, qlobal təbii qaz ticarətinin 20 faizi bu boğazdan keçir. Qətərin Hörmüz boğazı vasitəsilə LNG ixracatının 87 faizi Asiyaya, 13 faizi isə Avropa ölkələrinə göndərilir.