
Okeanın altındakı kabus
Dənizçilik fəlakətinin zəhərli mirası Şri-Lankaya milyardlarla plastiklə qayıdır
Dənizçilik fəlakətinin zəhərli mirası Şri-Lankaya milyardlarla plastiklə qayıdır
Bərə ilə toqquşan gəmi batıb
Qocalar evini tərk edib kruiz gəmisinə köçən yaşlı qadın 15 il ərzində dünyanı gəzəcək
Çin öz istehsalı olan təyyarədaşıyan gəmisi ilə güc nümayişi etdirib
Qızıl külçə qalmaqalı Fransaya yayıldı
4 nəfər ölüb, 30 nəfər itkin düşüb
Rusiya hərbi gəmiləri Yapon dənizində təlimlər keçirir
İnsan fəaliyyətləri vəziyyəti getdikcə pisləşdirir
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
Gəmilər boğaza girməyə qorxur
Siyahıda 60 gəmi var
Dəhşətin səbəbi elektrikli nəqliyyat vasitələri
Şimali Koreyanın qəribə xilasetmə əməliyyatı
Şimali Koreya hərbi gəminin buraxılması qəzasından sonra dördüncü şəxsi həbs olunub
“Təhlükəli yük” sulara qərq oldu
... Nə bağ bildi, nə də bağban
Avropa Kosmik Agentliyinə (“European Space Agency”) aid peyk görüntüləri ABŞ-a məxsus uçan gəmini İranın qapısında əks etdirib. Bəhreynə çatan gəmi, 2020-dən bəri ölkəyə yanaşan ilk aviadaşıyıcı olub.
Avropa Kosmik Agentliyinin “Sentinel-2” peykləri “USS Nimitz” (“CVN-68”) uçan gəmisi və ona müşayiət edən döyüş gəmilərinin Hörmüz boğazına yaxınlaşaraq şimala, Fars Körfəzinə doğru hərəkət etdiyini göstərib.
Keçmiş ABŞ Mərkəzi Komandanlığı (“CENTCOM”) Komandanı generall-polkovnik Cosef Votel “Newsweek”ə açıqlamasında bildirib ki, son bir il ərzində ABŞ-ın bölgədəki hərbi mövcudluğunda “əhəmiyyətli” artım müşahidə olunub.
“USS Nimitz”in rəhbərlik etdiyi 11-ci aviadaşıyıcı hücum qrupunu “USS Gridley” və “USS Lenah Sutcliffe Higbee” raketlə təchiz edilmiş dağıdıcı gəmilər müşayiət edib. Bəhreynə çatan qrup, 2020-dən bəri ölkəyə yan alan ilk təyyarəşaıyan gəmi olub.
“USS Nimitz” ən son təxminən bir il əvvəl Fars Körfəzində fəaliyyət göstərmişdi. İyul ayında Oman Körfəzinə yerləşdirilən gəmi, Cənubi Çin Dənizində missiya yerinə yetirdikdən sonra, iyun ayında İsrail ilə İran arasındakı 12 günlük münaqişə zamanı Yaxın Şərqə yönəldildi.
“CENTCOM”un fəaliyyət sahələri Hörmüz boğazı, Süveyş kanalı və Bab əl-Məndəb boğazı kimi strateji keçidləri əhatə edən 21 ölkəni və təxminən 6,5 milyon kvadrat kilometrlik dəniz ərazisini əhatə edir.
ABŞ-ın bu geniş coğrafiyada hərbi mövcudluğunu artırması, İranın nüvə fəaliyyətləri, bölgədəki nümayəndə qruplar və müttəfiqlərə qarşı təhdidlərə hazırlıq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.