
“Daha camaşırxana və alış-veriş yoxdur”
Qocalar evini tərk edib kruiz gəmisinə köçən yaşlı qadın 15 il ərzində dünyanı gəzəcək
Qocalar evini tərk edib kruiz gəmisinə köçən yaşlı qadın 15 il ərzində dünyanı gəzəcək
Qızıl külçə qalmaqalı Fransaya yayıldı
4 nəfər ölüb, 30 nəfər itkin düşüb
Rusiya hərbi gəmiləri Yapon dənizində təlimlər keçirir
İnsan fəaliyyətləri vəziyyəti getdikcə pisləşdirir
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
Gəmilər boğaza girməyə qorxur
Siyahıda 60 gəmi var
Dəhşətin səbəbi elektrikli nəqliyyat vasitələri
Şimali Koreyanın qəribə xilasetmə əməliyyatı
Şimali Koreya hərbi gəminin buraxılması qəzasından sonra dördüncü şəxsi həbs olunub
“Təhlükəli yük” sulara qərq oldu
... Nə bağ bildi, nə də bağban
Destinasiyalar Körfəz ölkələrindən gələn turistlərin sayına təsir edir
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
“F-18” qırıcısı təyyarədaşıyan gəmidən sulara qərq olub
Xorvatiyanın Split şəhərində fırtına və leysan yağışı səbəbiylə gəmi bərəyə çırpılaraq batıb.
Split Liman İdarəsindən verilən açıqlamada ölkəni təsir edən fırtına və şiddətli yağış səbəbiylə gəminin idarəetməni itirərək katamarana və limanda gözləyən turist bərəsinə çırpıldığı bildirilib.
Liman rəhbərliyi qəza nəticəsində turist gəmisinin batması barədə məlumatı paylaşaraq ölən və yaralananların olmadığını, maddi ziyanın olduğunu bildirib.
Liman İdarəsindən Zvonimir Perkusiç də yerli mediaya verdiyi açıqlamada güclü fırtına səbəbiylə limanda gözləyən bərənin kəndirinin qırıldığını və iki gəminin toqquşduğunu, nəticədə birinin batdığını vurğulayıb.
Yerli medianın məlumatına görə, güclü tufan nəticəsində Splitdəki stadionun damı zədələnib, çoxlu ağaclar aşıb.
O da qeyd olunub ki, Split şəhərində insanlar əlverişsiz hava şəraiti ilə bağlı panikaya düşüblər.
Xorvatiya Meteorologiya Xidməti isti dalğasından sonra güclü külək və yağışla bağlı xəbərdarlıq edib.
Digər tərəfdən, güclü yağış və küləyin qüvvəyə mindiyi Serbiyada narıncı həyəcan siqnalı verilib.
Serbiya Meteorologiya Xidməti dünən gecədən etibarən isti dalğasının ardından başlayan güclü külək və yağış səbəbiylə narıncı həyəcan siqnalı verildiyini açıqlayıb.
Daxili İşlər Nazirliyi dəyişkən hava şəraiti ilə bağlı vətəndaşlara da xəbərdarlıq edib.
Ötən gün Serbiyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər xəsarət alıb.