vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 29 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Okeanın altındakı kabus 16:44 | 28 iyul 2025 | Bazar ertəsi Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Okeanın altındakı kabus

Dənizçilik fəlakətinin zəhərli mirası Şri-Lankaya milyardlarla plastiklə qayıdır

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

2021-ci ildə “X-Press Pearl” gəmisinin batması ilə başlayan dünyanın ən böyük plastik sızması, 4 ildən sonra belə Şri-Lanka sahillərini zəhərləməyə davam edir.

Həmin il Şri-Lanka sahillərində könüllülər, suda üzən milyardlarla mikroskopik plastik tullantını toplamaq üçün səfərbər olmuşdu. Amma bu yalnız başlanğıc idi. Çünki “X-Press Pearl” gəmisinin yanaraq batması təkcə plastik deyil, nitrik turşusu, mühərrik yağı, qurğuşun, litium batareyalar və epoksi qatranı kimi dəniz həyatına son dərəcə zərərli maddələrin də okeana qarışmasına səbəb oldu.

Hadisədən bir neçə gün sonra sahilə vurmuş ölü tısbağalar, delfinlər və balıqlar, bu ekoloji fəlakətin miqyasını üzə çıxardı. Ancaq elm adamlarına görə, zərər yalnız həmin günlə bitməyib. Yeni tədqiqatlar göstərir ki, plastik hissəciklər zaman keçdikcə daha da zəhərli bir hal alır.

 

Zəhərli süngərə çevrilən dəniz

 

Mançester Metropoliten Universitetindən ətraf mühit kimyaçısı David Meqsonun sözlərinə görə, mikroplastik hissəciklər okeanda kimyəvi maddələri özünə hopduraraq “nəhəng bir zəhərli süngərə” çevrilir.

Fəlakətin ilk günlərində könüllülər gündə 300-400 kilo tullantı toplaya bilirdi. Ancaq zaman keçdikcə bu miqdar bir neçə kiloya qədər azaldı. Çünki plastik hissəciklərin əksəriyyəti qumun altına qarışaraq təmizlənməsi mümkün olmayan bir vəziyyət aldı.

 

Göz ardı edilən təhlükə

 

“X-Press Pearl” 2021-ci ilin mayında Dubaydan Malayziyaya yola çıxmışdı. Lakin daha ilk gündən təhlükəli siqnallar verməyə başlamışdı. Gəmidəki nitrik turşusu daşıyan konteynerlərdən biri sızmaya başlamışdı. Həm Qətər, həm Hindistan bu təhlükəli yükün limanda boşaldılmasına icazə verməmişdi.

Gəmi 19 may gecəsi Şri-Lankanın sularına daxil olanda konteyner artıq 8 gündür sızırdı. Gecə saatlarında gəmidə yanğın başladı. Müdaxilələrə baxmayaraq yanğın qısa müddətdə bütün gəmini bürüdü və iki həftə ərzində gəmi batdı. Okeana buraxılan yüklər isə misli görünməmiş ekoloji tahribat yaratdı.

 

“Müharibə səhnəsi kimiydi”

 

Hadisədən sonra sahillər ağ plastik qranullarla örtüldü. “Pearl Protectors” adlı ekoloji könüllü təşkilatının qurucusu Muditha Katuvavala, yaşananları “savaş filmi kimiydi” sözləri ilə təsvir edir.

Alimlər bu plastik qranulların yalnız fiziki deyil, kimyəvi zərər daşıdığını da vurğulayır. Mikroplastiklər zamanla digər toksik maddələrlə reaksiyaya girərək daha təhlükəli bir hal alır.

 

6 milyard dollarlıq fəlakət

 

Şri-Lankanın aparıcı ekoloji iqtisadçılarından biri olan professor Praşanthi Quniardenaya görə, bu fəlakətin ölkəyə ümumi maliyyə yükü 6 milyard dollara çata bilər.

Bu məbləğə turizm gəlirlərinin itkisi, balıqçılıq sektorunun çöküşü, çirklənmənin insan sağlamlığına təsiri və toksik qazların yayılması da daxildir.

Fəlakət artıq keçmişdə qalmayıb. Okeanın altında davam edən səssiz zəhərlənmə, Şri-Lankanın ekoloji sabitliyini illərlə təhdid edə bilər.