vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Fəlakət göz qabağında idi 12:49 | 9 iyul 2025 | Çərşənbə Məqaləyə 29 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fəlakət göz qabağında idi

Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Texasda daşqınların fəsadları davam edir. Məlum olub ki, Texas müfəttişləri 100-dən çox insanın ölümünə səbəb olan fəlakətdən iki gün əvvəl qızlar düşərgəsi olan “Camp Mystic” üçün təcili planı təsdiqləyib.

Dövlət Səhiyyə Xidmətləri Departamenti düşərgənin “fəlakət prosedurları” ilə bağlı bir sıra dövlət qaydalarına əməl etdiyini göstərən qeydlər yayımladı. Buraya düşərgədəkilərə evakuasiya zamanı nə etməli olduqlarını öyrətmək və hər bir heyət üzvünə və məsləhətçiyə xüsusi vəzifələr təyin etmək daxil idi. “The Associated Press” xəbər agentliyinə açıqlanan beş illik təftiş hesabatları “Camp Mystic”dəki bu planlar haqqında heç bir təfərrüat vermir və daşqına məruz qalan Texas ştatında iyulun 4-də yağan leysan öncəsi düşərgənin hazırlıqları ilə bağlı yeni suallar doğurur.

Ştat iyulun 2-də “Camp Mystic”i yoxlayıb və eyni gün Texas Fövqəladə Halların İdarə Edilməsi Departamenti gözlənilən daşqından əvvəl təcili cavab resurslarını səfərbər edib.

Yoxlama düşərgədə sağlamlıq və təhlükəsizlik meyarlarının uzun siyahısında heç bir çatışmazlıq və ya pozuntu aşkar etməyib. Düşərgədə Qvadalupe və Kipress gölü arasında 557 düşərgə əməkdaşı və 100-dən çox işçi var idi. Texas Dövlət Səhiyyə Xidmətləri Departamentinin sözçüsü Lara Anton, fəlakət planlarının bütün düşərgə binalarında asılmasının tələb olunduğunu, lakin əyalətə təqdim edilmədiyini söylədi. “Bizdə yoxdur” dedi Anton elektron poçtla cavab verib.

Düşərgə öz saytında itkin düşən qızların axtarışı üçün çalışan yerli və dövlət rəsmiləri ilə əlaqə saxladığını bildirib.

Düşərgələr öz fövqəladə hal planlarını hazırlamaqdan məsuldurlar. Müfəttişlər planları onların müxtəlif dövlət tələblərinə, o cümlədən evakuasiya prosedurlarına cavab verməsini təmin etmək üçün qiymətləndirirlər. “Müfəttiş bu elementlər üçün planların hər bir binada asıldığını və heyət və könüllülərin nə etməli olduqları barədə təlim keçib-görmədiyini yoxlayıb”, – Anton deyib.

1926-cı ildə qurulan Mistik Düşərgə boşaldılmadı və çayın 60 dəqiqə ərzində 15 futdan (4,2 metr) 30 fut (9 metr) hündürlüyünə yüksəldiyi səhər erkən saatlarda xüsusilə ağır zərbə aldı.

Su divarı çay boyu kabinələrdə, çadırlarda və qoşqularda yaşayan insanları basdı. Sağ qalanların bəziləri ağaclardan yapışmış vəziyyətdə tapılıb.

Xristian yay düşərgəsində ən azı 27 uşaq və məsləhətçi daşqın zamanı həyatını itirib. Dünən yayılan açıqlamaya görə, beş düşərgəçi və bir məsləhətçi hələ də tapılmayıb. Ölənlər arasında düşərgənin sevimli direktoru, düşərgəçilər tərəfindən ata kimi təsvir edilən Riçard Dik İstlend də var.

19 yaşlı Şarlotta Lauten ən son 2023-cü ildə “Camp Mystic”də doqquz yayı keçirmişdi. O, fövqəladə hava şəraiti zamanı nə edəcəyi ilə bağlı düşərgəçi kimi hər hansı təlimat aldığını heç vaxt xatırlamadığını söyləyib: “Məsləhətçilərin düşərgənin başlamasına bir həftə vaxtı var idi. Mən bilirəm ki, onlar təlimdən keçiblər”, – deyib.

“Bura quş uçmayan, karvan keməyən bir yerdir. Heç  elektrik belə yox idi. Zil qaranlıq olurdı. Siz qarşınızda bir metr belə görə bilməzdiniz. Mən oradakı qədər parıltılı ulduzlar heç vaxt görməmişdim, çünki işıq yox idi”.

“Camp Mystic” dövlət tərəfindən lisenziyalıdır və məqsədinin yay düşərgələri üçün sağlamlıq və təhlükəsizlik standartlarını yüksəltmək olduğunu söyləyən Qarşılıqlı İnkişaf üçün Düşərgə Assosiasiyasının üzvüdür. Amerika Düşərgə Assosiasiyası dünən bildirib ki, “Camp Mystic” standartları təhlükəsizlik və risklərin idarə edilməsinə yönəlmiş bu təşkilat tərəfindən akkreditə olunmayıb.

“Guadalupe-Blanco River Authority” məlumatlarına görə, İyulun 4-də “Camp Mystic”dən təxminən bir mil (1,6 kilometr) məsafədə olan yağış ölçmə cihazı 24 santimetr (8 düym) yağış qeydə alıb. Daha cənub və qərbdə yerləşən başqa bir ölçü 31 santimetr (12 düym) qeyd etdi. Agentlik AP-yə bildirib ki, onun avadanlıqlarına baxış zamanı daşqın vaxtı hər iki ölçmə cihazının işlək vəziyyətdə olduğu müəyyən edilib.

Bununla belə, iyulun 4-də Qvadalupe çayı boyunca ABŞ Geoloji Xidmətinin ən azı dörd göstəricisi bir neçə nasazlıq yaşadı. Hunt və Kerrville yaxınlığında yerləşən ölçmə cihazları iyulun 4-ü səhər tezdən həm çay səviyyəsini, həm də su axını sürətini toplamağı dayandırdı.

Milli Okean və Atmosfer Administrasiyasının məlumatlarına görə, şəhərdən təxminən 8 kilometr şimal-şərqdə yerləşən “Camp Mystic” A ölçmə cihazı səhər saat 4:35-də 9 metr səviyyəni qeyd edib. Hidroloq həmin vaxt suyun səviyyəsinin yüksək olduğunu 11,44 metr ölçüb. NOAA-ya görə, bu nöqtədə çay səviyyəsinin 9,75 metr olması fəlakətli, həyat üçün təhlükə yaradan daşqınlara səbəb ola bilər ki, bu da ən aşağı düşərgələrə və kurortlara gedən yolları bağlaya bilər.