vaxtlı-vaxtında oxuyun! Cümə, 12 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Fransada əhalinin dörddə biri daşqın riski altındadır 22:12 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 99 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada əhalinin dörddə biri daşqın riski altındadır

Ölkənin ən təhlükəli bölgələr açıqlanıb

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa əhalisinin təxminən dörddə biri daşqın riski ilə üz-üzədir. Milli Coğrafi Məlumat İnstitutu (IGN) tərəfindən yayımlanan yeni xəritə göstərir ki, xüsusilə Aralıq dənizi sahilləri və Loire Vadisi ən yüksək riskli bölgələr sırasındadır.

IGN sentyabrın 9-da daşqın risklərinə dair ilk genişmiqyaslı xəritəsini ictimaiyyətlə paylaşdı. Peyk görüntüləri, hava fotoları, ərazi tədqiqatları və süni intellekt dəstəyi ilə hazırlanan yeni 3D xəritə, yağışların Fransa boyunca necə hərəkət etdiyini və mümkün daşqın ssenarilərini detallı şəkildə göstərir.

IGN Baş Direktoru Sebastyen Soriano, “Bu iş, daşqın riskinin miqyasını iqlim dəyişikliyi kontekstində göstərmək və eyni zamanda necə tədbir görülə biləcəyini nümayiş etdirmək üçün həyata keçirildi”, – deyib.

Yeni məlumatlar göstərir ki, Aralıq dənizi sahilləri və Loire Vadisi bölgələri əhalinin sıxlığı baxımından ən yüksək risk altında olan yerlərdir. Həmçinin, Finistere bölgəsindəki Penmarx burnunda 2100-cü ilə qədər ciddi dəniz daşqınları ehtimalı mövcuddur.

IGN açıqlayıb ki, hazırlanan məlumatlar “Vigicrues” kimi daşqın proqnoz sistemlərinə inteqrasiya ediləcək və beləliklə daşqınların qabaqcadan müəyyənləşdirilməsi və şəhər planlamalarının buna uyğun aparılması mümkün olacaq.

“Météo-France” 2024-cü ilin əsrin ən yağışlı illərindən biri olduğunu və temperatur artımı ilə buludların daha çox nəm daşıdığını xatırladıb. Qurumun məlumatına görə, atmosfer temperaturu 1°C artdıqda yağış gücü 7% yüksəlir.

“Météo-France” nümayəndəsi Benua Tome bildirib: “1960-cı illərlə müqayisədə leysan yağışların şiddəti 12% artıb. 2050-ci ilə qədər bu artımın 10-15% arasında davam etməsi gözlənilir”.

Daşqın riski Fransa üçün ən çox insan və mal itkisinə səbəb olan təbii fəlakət olaraq qalır.