
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
4 mindən çox kənd su altında
“Deportasiya qoxusunu sevirəm”
2 nəfər öldü
Almaniyada böhranı böyüyür – torpaq suyu udmur
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
ABŞ-ın cənubundakı Texas ştatında iyulun 4-də baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı sürətlə artır. Səlahiyyətlilər, Quadalupe çayının daşması nəticəsində meydana gələn daşqında həyatını itirənlərin sayının 80-ə yüksəldiyini açıqlayıb. Ölənlər arasında 28 uşağın olduğu bildirilib. Səlahiyyətlilər “Camp Mystic” adlı yay düşərgəsindən 11 qızın və bir məsləhətçinin hələ də itkin düşdüyünü açıqlayıb. Ostində mətbuat konfransı keçirən Texas qubernatoru Qreq Ebbot əyalətdə indiyədək 41 nəfərin itkin düşdüyünü bildirib.
Qubernator Abbott yaxın 24-48 saat ərzində Texasın mərkəzində daha çox tufan və güclü yağış gözlənildiyini bildirərək vətəndaşları diqqətli olmaları barədə xəbərdar edib. Mərkəzi bölgədə indiyədək 10 nəfərin öldüyünü təsdiqləyən Abbott, xüsusilə dəniz səviyyəsindən aşağıda yerləşən yaşayış məntəqələrində təxliyələrin davam etdiyini söyləyib.
Texas Fövqəladə Hallar üzrə Direktoru W. Nim Kidd axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və bunun dağıntıların təmizlənməsi ilə birlikdə irəlilədiyini vurğulayıb. Kidd, “Axtarışlar dayanmadı. Xüsusilə düşərgələrdə ümidlə baxırıq”, – deyib.
***
ABŞ prezidenti Donald Tramp Nyu Cersi ştatının Bedminster şəhərindən Vaşinqtona qayıtmazdan əvvəl jurnalistlərə “Yəqin ki, iyulun 11-də Texasa gedəcəm. Hazırda getmək istəmədim, çünki xilasetmə işlərinə mane olmaq istəmirəm. Allah bu qədər əziyyət çəkən bütün insanları qorusun və Texas ştatını Allah qorusun”, – Tramp deyib.
Bir müxbirin Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) haqqında “FEMA-nı aradan qaldırmaq planı hələ də qüvvədədirmi?” sualına Tramp “FEMA haqqında daha sonra danışa bilərik. Onlar hazırda yerdə çox gərgin işləyirlər”, – cavabını verib. Tramp həmçinin bildirib ki, daxili təhlükəsizlik naziri Kristi Noem Texasdadır və administrasiya ştat rəsmiləri ilə “çox yaxın” təmasdadır.