vaxtlı-vaxtında oxuyun! Şənbə, 26 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Almaniyada küçələri su basdı 08:10 | 25 iyul 2025 | Cümə Məqaləyə 408 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyada küçələri su basdı

Ölkənin şimalında güclü yağışlar yolları bağladı, xəbərdarlıq xəritəsi genişləndi

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın şimalında yağan güclü yağışlar nəticəsində Almaniya Meteorologiya İdarəsi (“DWD”) nazıncı xəbərdarlıq səviyyəsində xəbərdarlıq yayıb. Hamburq bölgəsində su basqınları küçələri dizədək su ilə doldurdu. Hadisə şahidləri baş verənləri “su fırtına kimi gəldi” sözləri ilə təsvir edib.

Sivetaler Mekelfeld bölgəsində gecə saatlarından səhərə qədər təxminən 100 fərqli su basqını barədə xəbərdarlıq alınıb. Daşan Şulteyç gölü səbəbilə sular evlərə, qarajlara dolub. Bir ev sahibi yaşadığı vəziyyəti belə ifadə edib: “Boğazımıza qədər suya batdıq”. Digər bir sakin isə avtomobilinin su altında işləməz hala gəldiyini bildirib.

“DWD”nin yayımladığı xəbərdarlıq xəritəsinə görə, Silt, Hamburq, İtzehoy, Lyubek, Şverin, Ludviqslust, Neubrandenburq və Şvedt şəhərləri narıncı xəbərdarlıq səviyyəsinə daxil edilib. Xəbərdarlıqlar Meklenburq–Qərbi Pomeraniya və Brandenburq bölgələrini də əhatə edib. Meteoroloqlar bu bölgələrdə hər kvadratmetrə 35 litrədək yağış yağacağını bildirib. Həmçinin sahil bölgələrində saatda 70 km-ə çatan külək barədə də xəbərdarlıqlar edilib.

***

“DWD” bildirir ki, Almaniyanın şimal-şərqində göy gurultulu leysan yağışlar davam edəcək. Axşam saatlarında isə fırtına Alp dağlarının şərqi və ölkənin cənub-qərbində təsirli olacaq. Bu günlərdə Almaniyada dolu, göy gurultusu və güclü küləklər müşahidə olunacağı gözlənilir.