
Fəlakət göz qabağında idi
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
Sel ABŞ-da vəziyyəti getdikcə ağırlaşdırır
Ölənlərin sayı artır
Ən pis ssenari baş verməyə başlayır
Fransanın 17 vilayətində güclü fırtına xəbərdarlığı
Tufan və leysan ölkəni iflic edib, yollar və körpülər dağılıb, 3 nəfər ölüb, xeyli itkin var
Küçələri və binaları su basdı
Səbəblər, müqayisələr və həll yolları
“Alfred” tropik siklonu Avstraliyanın şərq sahillərini təhdid edir
İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
Daşqın nəticəsində 226 həlak olub, 77 nəfər itkin düşüb
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
Güclü yağışlarla mübarizə paran Rumıniyada 4 nəfər həlak oldu
Avropada havanın temperaturunun qəfil enməsi bir çox ölkədə həyata iflic edib
Bölgəyə düşən illik yağıntının yarısı son iki gündə yağıb
İtaliyada güclü yağışın səbəb olduğu sel və daşqınlara səbəb olub
ABŞ-ın Texas ştatında iyulun 4-də yağan leysan yağışlar nəticəsində baş verən daşqınlarda ölənlərin sayı 104-ə çatıb. Ağ Evin sözçüsü Kerolayn Livitt gündəlik mətbuat konfransında, xüsusilə əyalətin Kerr Kaunti bölgəsini vuran daşqınlarla əlaqədar vəziyyətin təhlükəli olaraq davam etdiyini deyib və vətəndaşları səlahiyyətlilərin xəbərdarlıqlarına qulaq asmağa və lazımi tədbirləri görməyə çağırıb.
Livitt, Milli Hava Xidmətinin (NWS) daşqınlarla bağlı “vaxtında, dəqiq proqnozlar və xəbərdarlıqlarla” işini gördüyünü bildirib və bu mövzuda verilən suallara və Demokratlar tərəfindən Tramp administrasiyasına yönəlmiş tənqidlərə cavab verib.
Bu mövzuda şərhləri “əxlaqsız və alçaq” adlandıran Livitt, “Bir çox amerikalı övladlarını itirdiyi üçün yas tutarkən, təəssüf ki, bütün Demokratik seçilmiş səlahiyyətlilər bunu siyasi bir oyuna çevirməyə çalışırlar”, – deyib. Livitt, prezident Donald Trampın bu həftənin cümə günü bölgəyə səfər etməyi və müayinələr aparmağı planlaşdırdığı barədə məlumatları da paylaşıb.
***
İyunun 4-də başlayan qəfil leysan yağışlar səbəbiylə Kerr qraflığında Qvadalupe çayının 8 metr yüksəlməsi nəticəsində baş verən daşqın nəticəsində su altında qalan bəzi insanların axtarış-xilasetmə işləri davam edir.
Kerr dairəsinin polis rəisi Larri Leyta, axtarış-xilasetmə qruplarının yay düşərgələrinin yerləşdiyi ərazidə 28 uşağın cəsədini tapdığını bildirib.
Texas qubernatoru Qreq Abbott verdiyi açıqlamada ştatda 41 nəfərin itkin düşdüyünü və daha çoxunun itkin düşə biləcəyini açıqlayıb.
Səlahiyyətlilər axtarışda olanların hamısı tapılana qədər səylərini davam etdirəcəklərini bildiriblər.
ABŞ prezidenti Donald Tramp Texas ştatında baş verən daşqın səbəbindən Kerr dairəsini fəlakət bölgəsi elan edib.