
Avropanı bürüyən epidemiya
Salmonellanın mənbəyi salatlıq pomidorlardır?
Salmonellanın mənbəyi salatlıq pomidorlardır?
Evindən silah arsenalı tapıldı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Almaniyada Hib epidemiyası qorxusu
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Fransanın ən ucuz kababçısı bağlandı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Fransanın Sen-Kventin şəhərində müəmmalı bakteriya epidemiya dalğası narahatlıq doğurur. Bir qız ölüb, 17 uşaq xəstələnib, səkkizinin isə orqan çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Həkimlər və səlahiyyətlilər hələ də xəstəliyin səbəbini tapa bilməyiblər.
Sen-Kventində artan sayda uşaq təhlükəli ishal əlamətləri ilə təcili yardıma müraciət edir. Hauts-de-France Sağlamlıq Agentliyinin (ARS) verdiyi açıqlamaya görə, iyunun 12-dən bəri ağır simptomları olan 17 uşaq müalicə olunur.
Bu halların səkkizində nadir və həyat üçün təhlükəli olan hemolitik uremik sindrom (HUS) üzə çıxıb. İyunun 16-da 12 yaşlı Elise infeksiyadan dünyasını dəyişib.
Xəstəliyin səbəbi bəlli olmasa da, ümumi bir element ortaya çıxdı. Epdemiyaya yoluxmuş ailələrdə oxşar mal və quzu əti yeyilib. İstintaqı aparan səlahiyyətlilər “Escherichia coli” bakteriyasının çirklənmiş qida vasitəsilə ötürülməsindən şübhələnirlər.
***
Sen-Kventindəki dörd qəssabın - “La Direction”, “Family”, “El Baraka” və “La Fayette”nin ət bölmələri və iki supermarket ehtiyat tədbiri olaraq bağlanıb. Prefektura bu müəssisələrdən ət istehlak etməmək barədə xəbərdarlıq edib.
Səhiyyə orqanları qapalı müəssisələrdən alınan ət nümunələrini laboratoriyada yoxlayır. İlk nəticələr gələn həftənin əvvəlində gözlənilir. Lakin sözügedən qəssabların ümumi tədarükçüsünün olmadığı üçün araşdırma mürəkkəbdir.
***
Səlahiyyətlilər valideynlərə şiddətli ishal halında təcili yardıma müraciət etməyi tövsiyə edib, lakin onları lazımsız həkim ziyarətlərindən çəkinməyə çağırıb. Həmçinin şübhəli ət məhsullarının müayinə üçün hazır vəziyyətdə saxlanması tövsiyə olunub.