vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
Avropanı bürüyən epidemiya 11:48 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 76 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropanı bürüyən epidemiya

Salmonellanın mənbəyi salatlıq pomidorlardır?

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

2023-cü ildən bəri Avropa və Şimali Amerikada müşahidə olunan Salmonella epidemiyasının İtaliyanın Sitsiliya bölgəsində yetişdirilən salatlıq pomidorlarından qaynaqlandığı müəyyən edilib.

2023 və 2024 illərini əhatə edən dövrdə cəmi 289 yoluxma hadisəsi qeydə alınıb. Bu şəxslərdən ən az 14 nəfər xəstəxana müalicəsi tələb edən ağır simptomlar göstərib.

Yoluxma sayının ən yüksək olduğu ölkə İtaliya olub (78 yoluxma), onu Almaniya, Avstriya və Fransa izləyib. ABŞ-da 8, Kanadada isə 5 hal təsdiqlənib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) hələ təhlükənin bitmədiyi barədə xəbərdarlıq edib. Mərkəzdən verilən açıqlamada bildirilir ki, kontaminasiya olunmuş mövsümi məhsullar market rəflərində qaldığı müddətcə yeni yoluxmaların davam edəcəyi gözlənilir.

 

Pomidorlar niyə risklidir?

 

Mütəxəssislərə görə, pomidorların xarici səthi bakteriyaların yapışmasına əlverişlidir. Həmçinin tez-tez çiy yeyildiyi üçün bişirilməklə mikrobların məhv olması imkanı aradan qalxır.

Salmonella adətən fermalardakı heyvanların bağırsaqlarında yaşayan bir bakteriya qrupudur və əsasən ət, toyuq və yumurta ilə əlaqələndirilir. Lakin bu epidemiyada olduğu kimi, tərəvəzlərdə də rast gəlinə bilər.

 

Salmonella simptomları və qorunma yolları

 

Salmonella infeksiyası ishal, qusma, qarın krampları və hərarət kimi əlamətlərlə özünü göstərə bilər. Zəif immunitetə sahib şəxslərdə infeksiya daha ciddi ola bilər və ölümcül komplikasiyalar yarana bilər.

Simptomları olan hər kəsin ilk növbədə ailə həkiminə və ya növbətçi tibbi xidmətə müraciət etməsi vacibdir.

Bakteriyanın yayılmasının qarşısını almaq üçün sadə, lakin effektiv tədbirlər arasında:

Tualetdən sonra və yemək hazırlamadan əvvəl əllərin yaxşı yuyulması;

Yeməklərin yaxşı bişirilməsi.

 

Xəstə olarkən başqaları üçün yemək hazırlamama tövsiyə edilir. Alimlər bildirirlər ki, epidemiyaya səbəb olan bakteriyaya genetik baxımdan yaxın izolatlara 2011-ci ildən bəri rast gəlinir, bu da bakteriyanın təkrarlanan ictimai sağlamlıq təhlükəsi yaratdığına işarə edir.