
16 yoluxma, 3 ölüm
Almaniyada Hib epidemiyası qorxusu
Almaniyada Hib epidemiyası qorxusu
“Super bakteriyalar” 2050-yə qədər milyonlarla insanı öldürə bilər
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
35 il əvvəl yox olduğu düşünülən virus Almaniyada yenidən peyda oldu
Bina dezinfeksiya edilib, uşaqlara peyvənd olunub
Telefonunuz izlənilə bilər
İngiltərədə ilk dəfə ağcaqanadlarda Qərbi Nil aşkar edilib
Oropuş virusu nədir, onun simptomları hansılardır?
Listeriya bakteriyası hamilə qadınlarda, yaşlılarda ciddi fəsadlara yol açır
Səhiyyə orqanlarında yenə yarasa əti həyəcan – bir həftədə 50-dən çox insan ödürüb
9 xəstə tamamilə sağalıb
Yarasaların sayının azalması uşaq ölümlərini artırır
“Şistosomiaz” çirklənmiş su mənbələri vasitəsilə yayılır
Himalay buzlaqlarının əriməsi nəticəsində 115 əsr əvvələ aid mikroorqanizmlər çıxıb
Minlərlə ton ət geri qaytarılır
LSD 100 min inəyin tələf olmasına səbəb oldu
Avstraliyada bir adam yarasa dişləməsi nəticəsində yoluxduğu “son dərəcə nadir” quduzluğa bənzər infeksiyadan ölüb. Yeni Cənubi Uels əyalətinin (NSW) səhiyyə orqanlarının verdiyi açıqlamaya görə, 50 yaşlarında olan kişi aylar əvvəl “lissa” virusu daşıyan yarasa tərəfindən dişlənib.
Dövlət Səhiyyə Departamenti mövzu ilə bağlı verdiyi açıqlamada, “Avstraliya yarasa “lissa” virusuna yoluxma halları olduqca nadir olsa da, bunun üçün təsirli bir müalicə yoxdur”, – deyib. Şəxsiyyəti açıqlanmayan adam bu həftə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər yarasa dişləməsindən sonra adamın müalicə aldığını və onun xəstəliyində başqa təsirlərin və ya amillərin rol oynadığını anlamaq üçün çalışdıqlarını bildirib.
Quduzluğa səbəb olan virusun yaxın qohumu olan “lissa” yarasa tüpürcəyi, dişləmə və ya dəri cızıqları vasitəsilə insan orqanizminə daxil olduqda keçir. İlk simptomların özünü göstərməsi bəzən günlər, bəzən də illər çəkir.
Xəstəliyin ilk əlamətləri qripə bənzəyir. Bu virusa yoluxmuş insanlarda baş ağrısı, yüksək hərarət və yorğunluq kimi simptomlar müşahidə olunur. Sonra xəstənin vəziyyəti sürətlə pisləşir, iflic, delirium, qıcolmalar və ölümlə nəticələnir.
Avstraliyada bu günə qədər Avstraliya yarasa “lissa” virusuna yoluxmuş yalnız üç nəfər qeydə alınıb. Xəstəlik ilk dəfə 1996-cı ildə aşkarlanıb və o vaxtdan bəri yoluxmuş üç nəfər həyatını itirib.
Dövlət səhiyyə xidməti mövzu ilə bağlı açıqlamasında ölkədəki bütün yarasaların bu virusu daşıya biləcəyini və bu səbəbdən bu heyvanlara toxunmaqdan çəkinmək lazım olduğunu bildirib. “Əgər siz və ya tanıdığınız biri yarasa tərəfindən dişlənibsə və ya cızılıbsa, yaranı 15 dəqiqə sabun və su ilə yaxşıca yuyun və viruslar üçün hazırlanmış antiseptik tətbiq edin”, – deyə məlumatda bildirilir.