vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Almaniyada EHEC təlaşı 13:31 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 87 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyada EHEC təlaşı

9 xəstə uşaqdan 5-i reanimasiyadadır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Mecklenburg-Vorpommern bölgəsində EHEC hallarında artım müşahidə olunur. Hazırda 9 uşaq infeksiyaya yoluxub, onlardan 5-i reanimasiya şöbəsində müalicə alır.

Rostokdakı Əyalət Səhiyyə və Sosial İşlər İdarəsi (LAGuS) uşaq arasında EHEC-dən (Enterohemorrhagic Escherichia coli) qaynaqlanan bağırsaq infeksiyalarının artdığını təsdiqləyib. İdarəyə indiyə qədər 1-dən 14 yaşa qədər 9 uşağın xəstələndiyi bildirilib. Bunlara bir şübhəli hal da daxildir. Yoluxmalardan beşi bölgəyə tətil üçün gələn uşaqlar arasında qeydə alınıb.

İlk infeksiyalar Vorpommern-Rügen bölgəsində müşahidə olunmuşdu. İndi isə qonşu Vorpommern-Qrayfsvald bölgəsində üç uşaqda daha xəstəlik aşkarlanıb. LAGuS infeksiyanın mənbəyini araşdırmaq üçün qida tədarük zəncirlərini də yoxlayır.

 

EHEC nədir və necə yoluxur?

 

EHEC Enterohemorrhagic Escherichia coli bakteriyasının qısaltmasıdır. Bu bakteriya adətən qoyun və inək kimi heyvanların bağırsaqlarında olur. İnsanlara yoluxma heyvan nəcisi ilə çirklənmiş tərəvəzlər və ya nəcislə bulaşmış sularda üzmək vasitəsilə baş verə bilər. Yoluxan şəxslərdə ishal, ürəkbulanma və qusma kimi əlamətlər görünür.

Mecklenburq-Vorpmern bölgəsində beş uşaqda bu sindrom müşahidə olunub və onlar müxtəlif klinikalarda reanimasiya şöbəsində müalicə alır. Xəstəlik qanazlığı, neyroloji pozuntular və böyrək çatışmazlığına səbəb ola bilər. Qanın laxtalanaraq damarları tıxaması da sindromun təsirləri arasındadır.

Uşaqların necə yoluxduğu hələ dəqiqləşdirilməyib. Rəsmi şəxslər yoluxma yollarını araşdırır. LAGuS-un məlumatına görə, bu il indiyə qədər 134 EHEC halı qeydə alınıb. Bu göstərici 2024-cü il üzrə bütün il üçün qeydə alınan 132 halı və 2023-cü ildəki 80 halı artıq ötüb.