vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 23 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜBHƏM  
Elmə məlum olmayan mikroorqanizmlər 18:41 | 10 aprel 2025 | Cümə axşamı Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elmə məlum olmayan mikroorqanizmlər

Alimlər bu varlıqların köməyi ilə dünyanın ekoloji problemlərini həll edəcəklərinə ümidlidirlər

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlər Yer kürəsinin torpaq qatlarında elmə məlum olmayan mikroblar aşkar etdiklərini açıqlayıblar. Miçiqan Dövlət Universitetinin tədqiqatçıları Yer kürəsinin “kritik zona” kimi tanınan qatlarında təbiət üçün həyati əhəmiyyət kəsb edən əvvəllər bilinməyən mikroblar ailəsini aşkar ediblər. Bu mikroorqanizmlərin suyun təmizlənməsi və ətraf mühitin davamlılığı baxımından yenilikçi potensiala malik olduğu bildirilir.

Miçiqan Dövlət Universitetinin Mikrobiologiya professoru, Ceyms Tidcenin rəhbərlik etdiyi komanda bu dərin torpaq qatlarında “CSP1-3” adlı yeni mikrob filumunu kəşf etdi. Sözügedən mikroorqanizmlər ABŞ-ın Ayova ştatında və Çində dərin torpaq nümunələrindən götürülüb.

Tədqiqatçılar aşkar ediblər ki, CSP1-3 ailəsinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb və zaman keçdikcə onlar əvvəlcə yerüstü torpağa, sonra isə dərin torpaq qatlarına uyğunlaşıblar. DNT analizi nəticəsində bu mikrobların hərəkətsiz deyil, aktiv şəkildə böyüməyə davam etdiyi müəyyən edilib.

Tidcenin komandası mikrobların yarandığı isti bulaqlardakı temperatur şəraitini yenidən yaradaraq onların becərilməsi ilə bağlı təcrübələr aparır. Uğurlu olarsa, biotexnoloji tətbiqlər üçün bu mikroorqanizmlərin genetik xüsusiyyətləri, məsələn, çirkləndiriciləri parçalamaq qabiliyyəti də araşdırılacaq.

Professor Tiedje bu yeni kəşfin əhəmiyyətini vurğulayaraq, “Bu mikroorqanizmlər haqqında hələ bilmədiyimiz çox şey var. Ancaq bu məlumatları öyrənə bilsək, dünyamızın üzləşdiyi ekoloji problemlərə təsirli həll yolları inkişaf etdirə bilərik”, – deyib.