İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
10:11 | 19 iyun 2025 | Cümə axşamı
Məqaləyə 1146 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
Dünyanın ən sirli kəşfiyyat orqanlarından biri hesab edilən “MOSSAD” İsrailin xarici kəşfiyyat xidmətidir. Bu təşkilatın rəsmi adı olan “Ha MOSSAD leModi'in uleTafkidim Meyuhadim”, Azərbaycan dilində “Kəşfiyyat və Xüsusi Təyinatlar İnstitutu”dur. “MOSSAD” İsrailin xaricdə təhlükəsizliyini təmin etməkdən məsul olan ən mühüm qurumdur və xüsusilə beynəlxalq əməliyyatları ilə tanınır. Yaxşı, “MOSSAD” nədir, necə işləyir? “MOSSAD” agentləri hansı ölkənin təşkilatındandır?
“MOSSAD” İran-İsrail müharibəsi səbəbiylə ən çox maraq doğuran mövzular arasındadır. Yüksək məxfilik şəraitində fəaliyyət göstərən “MOSSAD” təşkilatının məqsədi, hansı ölkənin təşkilatından olduğu maraq doğurur.
***
“MOSSAD” İsrail Dövlətinin rəsmi xarici kəşfiyyat orqanıdır. Qərargahı Tel-Əvivdə yerləşən təşkilat İsrailin Baş nazirliyinin nəzdində fəaliyyət göstərir. Daxili təhlükəsizlikdən çox, xarici təhdidlər, casusluq fəaliyyətləri, sui-qəsd əməliyyatları və gizli missiyalarla məşğul olur.
***
“MOSSAD” agentlərinin vəzifə dairəsi kifayət qədər genişdir və yüksək məxfilik şəraitində həyata keçirilir. Agentlərin əsas vəzifələrinə aşağıdakılar daxildir:
Xaricdə kəşfiyyat məlumatlarının toplanması: Digər ölkələrdəki hərbi, siyasi, iqtisadi və strateji inkişafları izləyərək İsrailə məlumat vermək.
Əks-casusluq: İsraili hədəf alan xarici kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması və ya istiqamətləndirilməsi.
Xüsusi əməliyyatlar: Hədəf edilmiş şəxslərə və ya strukturlara qarşı sui-qəsd, təxribat və adam oğurluğu əməliyyatlarının aparılması.
Terrorizmlə mübarizə: İsrail vətəndaşlarına və ya dövlətə qarşı təhdidlərin əvvəlcədən aşkar edilməsi və zərərsizləşdirilməsi.
İnsan resursları və informator şəbəkəsi: Xaricdə əməkdaşlıq etmək üçün insanlarla əlaqə yaratmaq və bu insanlardan gizli missiyalarda istifadə etmək.
***
“MOSSAD”ın iş sistemi əsasən məxfilik prinsipinə əsaslanır. Onun əməliyyatlarının əksəriyyəti ictimaiyyətə məlum deyil və açıq mənbələrdən yoxlanıla bilməz. Agentlər adətən diplomatik pasportlarla səyahət edir və özlərini yerləşdikləri ölkələrdə diplomat, iş adamı və ya akademik kimi göstərirlər. Texnoloji kəşfiyyat (siqnallar və kiber kəşfiyyat) agentliyin müasir əməliyyatlarında da mühüm rol oynayır.