vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
Bir ildə 45 700 ölüm 11:41 | 20 avqust 2025 | Çərşənbə Məqaləyə 107 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir ildə 45 700 ölüm

Antibiotiklərə davamlı infeksiyalar on minlərlə can aldı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada antibiotiklərə davamlı bakteriyalar səbəbindən 2019-cu ildə təxminən 9.600 nəfər həyatını itirib. Berlində yerləşən “Robert Koch” İnstitutu (RKI) açıqlayıb ki, bu şəxslərdəki infeksiyalar eyni bakteriya ilə, lakin davamlı olmayan formada baş versəydi, xəstələrin əksəriyyətinin sağ qalacağı ehtimal olunurdu.

RKI-nin hesabatına görə, 2019-cu ildə ümumilikdə 45.700 ölüm antibiotiklərə davamlı infeksiyalarla bağlı olub. Lakin bu daha böyük qrupun, infeksiya davamlı olmasa da əksəriyyətinin həyatdan getməsi ehtimal edilirdi. Yəni burada əsas ölüm səbəbi antibiotik davamlılığı deyil, infeksiyanın özü hesab olunur.

Ölümcül halların çoxu qan dövranı, tənəffüs yolları və qarın bölgəsində baş verən infeksiyalardan qaynaqlanıb. Antibiotiklərə davamlı beş bakteriya növü ölümlərin böyük hissəsinə səbəb olub. Bunların arasında ən tanınmışı bağırsaqlarda yayılmış “Escherichia coli” (E. coli) bakteriyasıdır.

RKI, bu proqnozları ABŞ-dakı Vaşinqton Universitetinə bağlı “Institute for Health Metrics and valuation” (IHME) ilə birgə hazırlayıb. Açıqlamaya görə, əldə olunan məlumatlar Almaniyada antibiotik davamlılığına bağlı xəstəlik yükünü göstərən, koronavirus pandemiyasından əvvəl hazırlanmış ən geniş proqnozları əks etdirir.