Mask ordu üçün nəhəng şəbəkə quracaq
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
13:08 | 23 oktyabr 2025 | Cümə axşamı
Məqaləyə 4430 dəfə baxılıb
Şriftin ölçüsü
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
ABŞ Prezidenti Donald Tramp administrasiyası, Argentina Prezidenti Xavyer Mileyini dəstəkləmək məqsədilə 40 milyard dollarlıq maliyyə paketi hazırlayır. Bu məbləğin 20 milyard dolları ABŞ Maliyyə Nazirliyinin valyuta mübadiləsi sazişi vasitəsilə, qalan hissəsi isə “JPMorgan Chase”, “Bank of America”, “Goldman Sachs” və “Citigroup” kimi bankların kreditləri ilə təmin olunacaq.
Vaxt.AZ “Wall Street Journal” (WSJ) istinadən xəbər verir ki, banklar bu əməliyyatı özlərini riskə atmadan həyata keçirməyə çalışırlar. Ad və vəzifələri açıqlanmayan mənbələr bildirir ki, normalda bu tip əməliyyatları həyata keçirən banklar ABŞ Maliyyə Nazirliyindən Buenos-Ayres hökumətinin kreditlər üçün hansı təminatı verəcəyini soruşublar. Kifayət qədər zəmanət təmin edilməsə, iqtisadi qeyri-sabitlik yaşayan Argentinaya kredit verilməyə bilər.
Argentina hökumətinin əvvəllər bir neçə dəfə ölkənin borclarını ödəyə bilməməsi də narahatlıq yaradır. Beynəlxalq Valyuta Fondundan (BVF) dəfələrlə alınan yardımlar ölkənin iqtisadiyyatını xilas etməyib. “WSJ” mənbələrinə görə, BVF-nin Argentinadan 60 milyard dollar alacağı var və qurum ABŞ-ın müdaxilə edərək ödənişdə üstünlük qazanmasından narahatdır.
ABŞ Maliyyə Nazirliyi isə “WSJ”yə danışarkən, danışıqların hələ də davam etdiyini bildirib.
Obama dövründə Maliyyə Nazirliyində çalışan iqtisadçı Brad Setser isə valyuta mübadiləsi sazişinin ABŞ iqtisadiyyatına yük gətirə biləcəyini vurğulayıb: “Bu əməliyyatların riskləri qeyri-adi dərəcədə yüksəkdir. Pesonun dəyəri düşsə – ki, bir çox ekspertlər bunu qaçılmaz görür – Maliyyə Nazirliyinin əlində dəyəri azalmış aktivlər qalacaq”.
Qeyd edək ki, Argentinanın milli valyutası peso bu il dollara qarşı 30% dəyər itirib.
Ölkədə eyni zamanda 26 oktyabrda parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə Nümayəndələr Palatasının yarısı və Senatın üçdə biri yenidən seçiləcək.
Oktyabrın 14-də Ağ Evdə Mileyini qəbul edən Tramp, birgə mətbuat konfransında Argentina Prezidentinə, “Karyeran möhtəşəm idi və seçkilərlə davam edəcək. Bu seçkini qazanacaqsan. Səni dəstəkləyəcəyəm”, – deyib.
“O, dönüş nöqtəsi ərərfəsindədir. Məncə, həqiqətən möhtəşəm iqtisadi uğurun bir addımlığındadır”, – deyən Tramp Mileyinin çox populyar bir fiqur olduğunu qeyd edib.