
Serozun səbəbi təkcə alkoqol deyilmiş
Alimlər qaraciyər xərçənginin əsas səbəbini aşkarladı
Alimlər qaraciyər xərçənginin əsas səbəbini aşkarladı
Ruslar həqiqətən xərçəngin dərmanını tapıblarmı?
“BioNTech”dən xəstəliklə bağlı tarixi addım
Almaniyada satışa çıxan orqanik ərzaq satışdan çıxarıldı
İndoneziyadan idxal edilən karidesdə sezyum-137 tapılıb
İsti çay və qəhvə xərçəng riskini artırır
Ekspertlər riski artıran böyük səhvi açıqladı
Milyardlıq investisiya qərarı
Yoğun bağırsaq xərçəngi riskini azaldan qidalar
“İllərlə bədəndə qalır və yığılır”
Bədənə sızır, içəridən öldürür
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Xərçəngə ən çox meylli yaş qrupu müəyyən edilib
Məşhur makaron markası rəflərdən geri çağırılır
Britaniyalı alimlər tüpürcək nümunəsindən istifadə etməklə həyata keçirilə bilən yeni prostat xərçəngi testi hazırlayıblar. Sınaqın mövcud üsullardan daha uğurlu nəticələr verdiyi bildirilib.
London Xərçəng Araşdırmaları İnstitutu və “The Royal Marsden NHS Trust”, evdə istifadə oluna bilən yeni prostat xərçəngi testinin hazırlanmasını elan etdilər. “Polygenic risk ball” adlanan üsul tüpürcək nümunəsində 130 genetik variantın təhlilinə əsaslanır.
Tədqiqatçılar izah etdilər ki, bu test mövcud PSA metodundan daha dəqiq nəticələr verir. Yeni sistem lazımsız skrininqləri azaltmaqla aqressiv şişləri daha yüksək sürətlə aşkar edir.
55-69 yaş arası 6300 kişi üzərində aparılan araşdırmada iştirakçıların 12 faizi yüksək risk qrupunda idi. MRT və biopsiya nəticəsində 187 nəfərdə prostat xərçəngi aşkarlanıb.
“SkyNews”un məlumatına görə, test PSA səviyyəsi normal həddə olan 118 insanda xərçəngi aşkarlaya bilib. Mütəxəssislər bu halların 74 faizinin ənənəvi üsullarla keçə biləcəyini vurğulayıblar.
Professor Ros İles testin erkən diaqnozda inqilab adlandırıb. İngiltərədəki Prostat Xərçəngi müxtəlif etnik qruplarda effektivliyi araşdırmaq üçün yeni bir araşdırmaya başlayıb.
Bristol Universitetinin professoru Cenni Donovan milli skrininq proqramı üçün daha çox məlumatın lazım olduğunu söyləyib. Testin ildə 500 milyon funt-sterlinqə qənaət edəcəyi proqnozlaşdırılır.
Tədqiqatın nəticələri “New England Journal of Medicine”də dərc olunub. Mütəxəssislər testin xüsusilə yüksək risk qruplarında olan şəxslər üçün perspektivli olduğunu vurğuladılar.