
Çörəkdə ağır metal xəbərdarlığı
“İllərlə bədəndə qalır və yığılır”
“İllərlə bədəndə qalır və yığılır”
Bədənə sızır, içəridən öldürür
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
Alma yeyərkən diqqətli olun ...
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Xərçəngə ən çox meylli yaş qrupu müəyyən edilib
Məşhur makaron markası rəflərdən geri çağırılır
Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
14 illik araşdırma başa çatdı, nəticələr inanılmazdır
Xərçəngə qarşı qalxan yaradan qida
8 erkən xəbərdarlıq xəstəliyi müəyyən etməyə imkan verir
Heç bir günəş kremi tam qoruma təmin etmir
Həkimlərin görməməzlikdən gəldiyi simptom dəhşətli çıxdı
Radiasiyaya məruz qalan 100 min ada sakini və 2 min əsgərdə 23 növ xərçəng tapıldı
Baydenin gec diaqnoz qoyulan xəstəliyi gündəmdədir
Son illərdə daha gənc yaş qruplarında artan kolon xərçəngi təhlükəsinə qarşı, mütəxəssislər sağlam qidalanma və düzgün ara qidaların qəbulunun vacibliyini vurğulayırlar.
Kolorektal xərçəng – yəni yoğun bağırsaq və düz bağırsaq xərçəngi – son illərdə gənc yetkinlər arasında ciddi artım nümayiş etdirir. Əvvəllər əsasən yaşlılarda rast gəlinən bu xəstəlik artıq 50 yaşdan aşağı şəxslərdə də narahatedici səviyyədə yayılır.
Mütəxəssislərə görə, bu artımın başlıca səbəbləri arasında piylənmə, alkoqol istifadəsi və həyat tərzi faktorları yer alır.
ABŞ-lı mədə-bağırsaq mütəxəssisi doktor Cozef Salhab bildirir ki, yoğun bağırsaq xərçəngindən qorunmaq üçün yalnız tibbi müalicələr deyil, qidalanma vərdişlərində ediləcək sadə, amma təsirli dəyişikliklər də mühüm rol oynayır.
Salhab xüsusilə liflə zəngin və antioksidant xüsusiyyətlərə malik olan qidaların gündəlik ara yemək olaraq yeyilməsini tövsiyə edir.
Bağırsaq dostu qidalanma vərdişləri
Bağırsaq sağlamlığını dəstəkləyən bəzi ara yeməklər, immun sistemini gücləndirir, iltihabı azaldır və bağırsaq mikrobiotasını balanslaşdırır.
Mütəxəssislərin və elmi tədqiqatların dəstəklədiyi 5 əsas qoruyucu qida:
1. Qatıq
“Laktobasillus” və “Bifidobakterium” kimi canlı probiotiklər əhatə edən qatıq, bağırsaq florasını tarazlayır. Tədqiqatlara görə, müntəzəm qatıq istehlakı kolorektal xərçəng riskini 7 faiz azalda bilər.
2. Qoz-fındıq növləri
Badam, qoz kimi çərəzlər, yüksək lif tərkibi, faydalı yağlar və bitki mənşəli komponentlərlə seçilir. 2024-cü ildə yayımlanan bir araşdırmaya görə, gündə 28 qram qoz istehlakı, yoğun bağırsaq şişləri ilə əlaqəli iltihab göstəricilərini azaldır.
Eyni zamanda, III mərhələli kolon xərçəngi xəstələrində qoz-fındıq istifadəsi xəstəliyin təkrar riskini 42 faiz azalda bilir.
3. Alma
Qabığı ilə birlikdə yeyilən almalar həm həll olunan, həm də həll olunmayan liflərlə zəngindir, əlavə olaraq flavonoidlər ehtiva edir. Bir klinik araşdırmaya əsasən, gündə bir alma yemək kolorektal xərçəng riskini 47 faiz azalda bilər.
Əlavə olaraq, badam pastası ilə birlikdə alma dilimləri və ya salatlara əlavə olunmuş alma daha yüksək fayda təmin edir.
4. Sitrus meyvələri
Portağal, qreyfurt və klementin kimi meyvələr həm su, həm də lif baxımından zəngindir, həzmi dəstəkləyir. “Nature” jurnalında yayımlanan araşdırma göstərir ki, sitrus meyvələrinin müntəzəm qəbulu kolon xərçəngi riskini 18 faizə qədər azalda bilər. Sitrusların ara yeməklərdə istifadə edilməsi tövsiyə olunur.
5. Qarpız
Tərkibinin təxminən 90 faizi sudan ibarət olan qarpız, yay aylarında həm sərinləşdirici, həm də bağırsaq sağlamlığını qoruyucu alternativdir. Tərkibindəki likopen və antioksidantlar sayəsində qarpız, yoğun bağırsaq xərçənginə qarşı təbii bir qalxan funksiyası daşıya bilər.
Erkən diaqnoz həyati əhəmiyyət daşıyır
Mütəxəssislər xəbərdarlıq edir ki, ağrılar, rektal qanaxma, qarında uzunmüddətli sancı kimi əlamətlər görüldüyü halda və ya ailədə kolon xərçəngi keçmişi varsa, təxirə salmadan tibbi müayinə olunmalıdır.
Gəncləşən bu təhlükəyə qarşı vaxtında aparılan müayinələr və həyat tərzi dəyişiklikləri ilə risklər aşağı səviyyəyə endirilə bilər.