
Kofein niyə yaxşı hiss etdirir?
Səhər qəhvəsi əhvalımızı yaxşılaşdırır
Səhər qəhvəsi əhvalımızı yaxşılaşdırır
108 yaşındakı qadın uzun ömrünü gündəlik içkisinə bağlayır
... Xəbəri var oğruların
1 ayda 109 nəfər həyatını itirib
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
Gözün tor qişasının mərkəzi hissəsi makula zamanla zədələnir
Hər gün bir fincan içmək yaşlanmanı yavaşladır
Hər gün yeyilir, lakin heç kim zərərini bilmir
Reyn çayının suyunun səviyyəsi kritik həddə düşüb, nəqliyyatda fəsadlar olacaq
Çaylar “mikroplastik hissəciklərlə” doludur
Dəmli çay su ifrazını və tərləməni çoxaldır
Su ehtiyatlarının azalması ölkələr arasında münaqişə risklərini artırır
Səkkizinci sevgi məktubu
Şikayət tonlu Xırda bəhanələr və sayıqlamalar
Çəhrayı məktub ...
Yaxud elektron göndərilməyən çiçəyin ətri
Çay, qəhvə və ya bitki çaylarını “çox isti” içməyi üstün tutanlar üçün elmi xəbərdarlıqlar artır. Araşdırmalar göstərir ki, 65 dərəcədən yüksək temperaturda içilən içkilər qida borusu xərçəngi riskini yüksəldir.
Dünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi 2016-cı ildə çox isti içkiləri “insanlarda ehtimal olunan xərçəng yaradan” maddə kimi təsnif etmişdi.
Son illərdə Cənubi Amerika, Orta Şərq və Asiyadan sonra Avropada aparılan genişmiqyaslı tədqiqatlar da bu əlaqəni təsdiqləyib. İngiltərədə yarım milyon insan üzərində aparılan bir araşdırmada, gündə səkkiz fincandan çox isti çay və ya qəhvə içənlərin içməyənlərlə müqayisədə altı dəfə çox qida borusu xərçəngi riski daşıdığı müəyyən edilib.
Növü deyil, istiliyi önəmlidir
Mütəxəssislərə görə problem içkinin növündən deyil, istiliyindən qaynaqlanır. Çox isti mayelər qida borusunun hüceyrələrini yandıraraq zamanla qalıcı zərər verə bilər. Bu vəziyyət mədə turşusunun əlavə zərər verməsinə səbəb olaraq xərçəngin inkişafını asanlaşdıra bilər.
Risk yalnız istiliklə bağlı deyil, içmə sürəti və qurtum böyüklüyü ilə də əlaqəlidir. 65 dərəcəli qəhvədən alınan böyük bir qurtum qida borusunun daxili istiliyini 10 dərəcəyə qədər yüksəldə bilər. Təkrarlanan halda bu xroniki istilik zədəsi yaradır.
İdeal temperatur nə qədərdir?
Araşdırmalara görə qəhvə və çay üçün ideal içim temperaturu təxminən 58 dərəcədir. Mütəxəssislər, içkilərin beş dəqiqə gözlədilməsinin istiliyi 10–15 dərəcə azaltdığını, qarışdırma, üfləmə, qapağı açma və ya bir az soyuq su və ya süd əlavə etməyin də təhlükəsiz içim təmin etdiyini bildirirlər.