vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 5 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAĞLAMLIQ  
“Alzheimer” riskini azaldan içki 19:07 | 3 iyun 2025 | Çərşənbə axşamı Məqaləyə 39 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Alzheimer” riskini azaldan içki

Hər gün bir fincan içmək yaşlanmanı yavaşladır

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Qəhvə ən çox seçilən içkilərdən biridir. Təkcə ləzzətli dadı ilə deyil, həm də sağlamlığa faydaları ilə tanınan qəhvə üzərində aparılan yeni araşdırma bu içkinin daha bir faydasını ortaya çıxarıb.

Yeni bir elmi araşdırma səhərlər içilən bir fincan qəhvənin günə başlamaq üçün enerji verməklə yanaşı, həm də qocalmanı gecikdirdiyi ortaya çıxıb. Harvard Universitetində aparılan və 30 ildən artıqdır davam edən əhatəli bir araşdırmada, müntəzəm olaraq kofeinli qəhvə içən qadınların yuxarı yaşlarda həm fiziki, həm də ruhi sağlamlıqlarını qoruma ehtimalının daha yüksək olduğu müəyyən edilib.

Araşdırmaya rəhbərlik edən Sara Mahdavi 1984-cü ildən bu yana 47 min qadının qidalanma, həyat tərzi və sağlamlıq məlumatlarını araşdırıb. Mahdavi, “Sağlam qocalmanı 70 yaşa qədər xroniki xəstəliklərdən uzaq durmaq, zehni və fiziki funksiyaları, ruhi sağlamlığı qorumaq və hərəkət qabiliyyətini itirməmək olaraq təyin edirik”, – deyib.

***

Araşdırmaya görə, hər gün istehlak edilən əlavə bir fincan qəhvə (təxminən 240 ml və ya 80 mq kofein) sağlam qocalma ehtimalını 1 faiz artırır. Gündə təxminən 2,5 fincan qəhvə içən qadınlarda bu nisbət 5 faizə qədər yüksəlir. Tədqiqatçılar kofeinsiz qəhvə və ya çayın oxşar təsir göstərmədiyini qeyd edirlər.

Məlumatlara görə, orta yaş qrupunda (45-60 yaş) sağlam qadınlar gündə orta hesabla 315 mq kofein qəbul edirlər. Bu miqdarın böyük hissəsi qəhvədən əldə edilir. Bu fərdlər sonrakı illərdə həm fiziki funksiyalarını, həm də idrak bacarıqlarını daha yaxşı qoruya bilirlər.

Tədqiqatın başqa bir təəccüblü nəticəsi şəkərli sərinləşdirici içkilərlə bağlıdır. Hər gün bir stəkan qazlı içki qəbul edən qadınlarda sağlam qocalma ehtimalı 19 faiz azalır. Həmçinin müəyyən edilib ki, bu içkilər sağlam qocalma kriteriyalarına cavab vermə ehtimalını 25 faiz azaldır.

“Əvvəlki tədqiqatlar qəhvəni yalnız fərdi sağlamlıq nəticələri ilə əlaqələndirdi. Bizim araşdırmamız üç onillik müddət ərzində qəhvənin yaşlanmanın bir çox sahələrində təsirini hərtərəfli qiymətləndirən ilk tədqiqatdır”, – Mahdavi deyib.

Uzunmüddətli məlumatlar göstərir ki, qəhvə istehlakı təkcə enerji səviyyələrini artırmır, həm də “Alzheimer”, diabet, yüksək qan təzyiqi və ürək xəstəlikləri kimi ümumi sağlamlıq vəziyyətlərindən qoruyur.

Tədqiqatın nəticələri dünən Amerika Qidalanma Assosiasiyasının illik toplantısında ictimaiyyətlə paylaşılıb.