
Şərab adam
Səkkizinci sevgi məktubu
Səkkizinci sevgi məktubu
Şikayət tonlu Xırda bəhanələr və sayıqlamalar
Çəhrayı məktub ...
Yaxud elektron göndərilməyən çiçəyin ətri
Lənət şeytana, bacarmıram
BƏƏ-də harada nə yeyib-içmək haqqında düşünənlər üçün ...
Araşdırmaya görə, günə 7 fincan içən adamlar erkən ölüm ehtimalını əhəmiyyətli dərəcədə azalda bilərlər
Söhbət 1 milyard istifadəçinin məlumatlarından gedir
Alimlərə görə, espresso və kappuçinonu da eyni cürə faydalı hesab etmək olar
Şaxta babaya və Tanrıya məktub...
«Google»nin dünyada ən çox istifadə olunan e-mail xidməti dil sayını artırdı
Ekspert Ziya Məmmədova yazdığı məktubun mətnini yaydı
Rza Vəzirinin Qırğızıstana hakimiyyətinə yazdığı məktub qalmaqal yaratdı
ABŞ prezidenti Azərbaycanlı həmkarına məktub göndərib
Medvedevdən İlham Əliyevə məktub göndərib
Bu gün pəncərədən şam ağaclarına tamaşa elədim. Gözlərim sevindi. Səni xatırladım. Dərhal səsin düşdü yadıma. Sakitləşdim. Yaxşı ki, görüntülər var, səs yazıları var. Qulaqcıqlar var. Yaddaş etibarsızdır. Yaddaş heç vaxt heç nəyi olduğu kimi xatırlamır. Səsə hansısa çalar verir, sözləri təhrif edir, şəklini saxladığı adamlara öz ovqatından “baxır”. Xatirələr ya solğunlaşır, ya əksinə, rənglənir. Bəlkə, buna görə onları sevmirəm. Onlar heç vaxt olduğu kimi qalmır.
Səni olduğun kimi xatırlamaq istəyirəm. Dəqiqliklə. Öz rənglərində. Öz səsində. Öz sözlərinlə. Təxəyyülün köməyi olmadan.
Bu gün pəncərədən şam ağaclarına tamaşa elədim. Gözlərim sevindi. Buna qədər olanlardan danışmaq istəmirəm. Gileylənmək istəmirəm. Gileylərimi unuduram səninlə danışanda. Ona görə də bütün günü boş vaxt axtarıram. Bütün söhbətlərdən, işlərdən, tapşırıq və sifarişlərdən, telefon zənglərindən, yazışmalardan azad olacağım saniyələri gözləyirəm ki, beynim yalnız səninlə məşğul olsun. Demək lazımdımı ki, adamlar mənə olur? Hamısı. Hər biri. Heç kəsə və heç nəyə vaxt ayırmaq istəmirəm. Elə bilirəm, hamısı sənin vaxtından gedir. Sənə ayıracağım vaxtdan. Sakitcə düşünməyə mane olurlar. Tanışlar da, dostlar da, rəfiqələr də. Hərdən ağlım da. Elə bil qısqanır, zəif nöqtələrdən yapışmaq istəyir, məsələn, deyir ki, ayıbdır, deyir, kənardan pis görünür, deyir, başqa iş-gücün yoxdur, deyir... Çox şey deyir. “Ona sən xətdə qal, lazım olanda çağıracam” mesajını verirəm. Əslində, onun yanında özümə uzun-uzadı bəraət qazandıra bilərəm, bunlar mənim için su içmək kimi bir şeydir. Amma istəmirəm, vaxtım və həvəsim yoxdur.
Bütün vaxtımı və həvəsimi sənə bağışlamaq istəyirəm. Həyəcanlanma. Göydən mətnlərimin içinə düşmüsən, yoxsa səninlə nə işim.