
Səma ordusu
Böyük Britaniyadan Ukraynaya 100 minlik PUA yardımı
Böyük Britaniyadan Ukraynaya 100 minlik PUA yardımı
Hökuməti banklarda unudulmuş pulları müsadirə edəcək
“Britaniya Rusiya ilə buz müharibəsinə girəcək”
Starmer: “Müharibənin qarşısını almağın ən yaxşı yolu ona hazırlaşmaqdır”
Avrozona PMI 33 ayın ən yüksək səviyyəsinə çatdı
Böyük Britaniya müharibə üçün silahlanır
Britaniya təyyarələri nüvə bombası daşıyacaq
Məhkəmə qərarı ilə gələn gender mübahisəsi futbola da sirayət edib
“Z” nəslinin vətəninə çevrilən ada ölkə
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Rusiyaya qarşı süni intellektlə hərəkətə keçir
Bir nəfər avtomobillə azarkeş kütləsinin üzərinə şığıdı, çoxlu xəsarət alan var
Antakyadan İngiltərəyə sürpriz səyahət
İctimai nəqliyyatda baş verən antisosial davranışlar ictimaiyyəti hiddətləndirib
Kraliça Elizabet hər gün eyni sendviç yeyirdi
Fransa Britaniyanın balıqçı qayığını ələ keçirib
3-ü uşaq olmaqla 4 nəfər həlak olub
Rusiya prezidenti Vladimir Putinə yaxın olduğu iddialarını rədd edən Abramoviç 2022-ci ilin fevralında işğaldan sonra Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb.
Britaniya hökuməti “Çelsi” Futbol Klubunun satışından əldə edilən təqribən 2,97 milyard avro vəsaitin Rusiya ilə müharibədən əziyyət çəkən ukraynalılara çatdırılmasını təmin etmək üçün rusiyalı oliqarx Roman Abramoviçə qarşı hüquqi tədbirlər görəcəyi ilə hədələyib.
Maliyyə naziri Reyçl Rives və Xarici İşlər Naziri Deyvid Lammi bu gün birgə bəyanatda, “Hökumət “Çelsi” Futbol Klubunun satışından əldə olunan gəlirin Rusiyanın qanunsuz işğalından sonra Ukraynada humanitar məqsədlər üçün istifadə olunmasını təmin etməkdə qərarlıdır”, – deyib.
Bəyanatda bu günə qədər Abramoviçlə bu məsələdə razılığın əldə edilməməsindən böyük məyusluq ifadə olunub.
“Danışıqlar üçün qapı açıq qalsa da, Ukraynada əziyyət çəkən insanların bu puldan ən qısa zamanda faydalanmasını təmin etmək üçün lazım gələrsə, məsələni məhkəməyə verməyə tam hazırıq”.
Rusiya prezidenti Vladimir Putinə yaxın olduğuna dair iddiaları təkzib edən Abramoviç 2022-ci ilin fevralında baş verən işğaldan sonra Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb.
Neft və qaz maqnatı olan Abramoviç 2022-ci ilin may ayında ABŞ investoru Todd Boehli və “Clearlake Capital”ın rəhbərlik etdiyi konsorsiuma “Chelsea”ni satdı. Böyük Britaniya hökuməti Abramoviçin şəxsi mənfəət əldə etməməsi şərti ilə satışa icazə verdi.
Bununla belə, satışdan əldə edilən 2,5 milyard funt sterlinqlik xalis gəlir dondurulub və hələ də qanuni olaraq Abramoviçindir. Vəsaitlərin hər hansı transferi üçün Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisindən (OFSI) xüsusi icazə tələb olunur.
“Çelsi”nin əl dəyişdirməsindən üç il sonra Böyük Britaniya hökuməti pulun necə istifadə ediləcəyi ilə bağlı mübahisə davam etdiyi üçün Abramoviçə qarşı hüquqi tədbirlər görəcəyi ilə hədələyib.
Böyük Britaniya bütün pulun Ukraynaya humanitar yardıma yönəldilməsini istəyir, Abramoviç isə pulun “müharibənin bütün qurbanlarına, o cümlədən Rusiyadakılara xərclənməlidir”, – deyir.
Böyük Britaniya Putinin Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Kiyevin ən yaxın müttəfiqlərindən biri olub. Yanvarda London Ukraynaya 4,5 milyard funt-sterlinq (təxminən 5,34 milyard avro) əlavə hərbi yardım vəd edib.