
“Putinin Avropadakı yeganə ünvanı Haaqa olmalıdır”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Hollandiyada seçki öncəsi ifrat sağçılar yüksəlişdə
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
İfrat sağçı siyasətçi Qirt Vildersin koalisiya hökumətindən çıxmasından sonra baş nazir Şuf da istefaya qərar verdiyini açıqlayıb.
Hollandiyada ifrat sağçı lider Qirt Vilders koalisiya hökumətini tərk etmək qərarına gəlib. Hökumətin yıxılma təhlükəsi ilə üzləşdiyi mənasını verən bu qərardan sonra Hollandiyanın baş naziri Dik Şuf istefaya qərar verdiyini açıqlayıb. Şuf Vildersin qərarını dəyərləndirib və bu qərardan üzüldüyünü və bunu lazımsız gördüyünü bildirib.
Şuf həmçinin açıqlamasında bildirib ki, hazırkı hökumət müvəqqəti hökumət olaraq vəzifəsini davam etdirəcək və təhlükəsizliklə bağlı məsələlərdə irəliləyiş əldə etməyə çalışacaq.
***
İfrat sağçı lider Vilders bu gün Azadlıq Partiyasının (PVV) hakim koalisiyadan çıxacağını açıqlayıb. Bu, hökumətin buraxılması demək olardı.
Mövzu ilə bağlı açıqlamasında Vilders qaçqın miqrasiyasının dayandırılması ilə bağlı koalisiya tərəfdaşlarının fikirlərini bölüşmədiyini bildirib. Vilders keçən həftə məsələ ilə bağlı “dərhal dəstək” istəyib.
Vilders “X” sosial media platformasında paylaşımında “Sığınacaq planlarımızda imza yoxdur. PVV koalisiyadan ayrılır”, – yazmışdı. Vilders baş nazir Dik Skufa məruzə etmişdi ki, partiyasından olan bütün nazirlərin hökuməti tərk edəcək.
Nazirlər Şurasının bu gün günorta saat 13:30-da Vildersin nazirləri hökumətdən geri çəkməsindən sonra necə hərəkət edəcəyini izah etmək üçün toplanacağı gözlənilirdi.
***
Koalisiya tərəfdaşlarından olan mühafizəkar Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) lideri Dilan Yaşılgöz Vildersin qərarına reaksiya verib. Yaşılgöz, “Bu, bizi axmaq vəziyyətə qoyur. Qitəmizdə müharibə var. Vilders bu çağırışa tab gətirmək əvəzinə, məsuliyyəti öz üzərinə götürmək istəmədiyini bizə göstərir”, – deyib.
Mərkəzçi partiyanın MTŞ lideri Nikolyen van Vroonhoven də “Bu, ağlasığmazdır” deyərək reaksiya verib. Vroonhoven “Hökuməti bu məqamda devirmək məsuliyyətsizlikdir”, – dedi.
***
Vilders keçən həftə keçirdiyi mətbuat konfransında sərhədlərin təhlükəsizliyini təmin etmək və patrul etmək, qaçqınların yerləşdirilməsi obyektlərini bağlamaq və bütün suriyalı qaçqınları evlərinə göndərməklə miqrasiyanı azaltmaq üçün 10 bəndlik plan təqdim edib.
Vilders dünən digər üç partiya liderindən planı imzalamağı və bir neçə həftə ərzində müəyyən tədbirlərin həyata keçirilməsini təmin etməyi xahiş edib, əks halda geri çəkiləcəyini bildirib.
Hollandiyada qurulan koalisiya hökuməti dağılsa, bir neçə ay ərzində yeni seçkilər keçirilə bilər.