Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:02 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 348 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ, Böyük Britaniya və Yaponiya tərəfindən Qərbi Sakit Okeanda keçirilən birgə təlimdə “F-35“ döyüş təyyarələri daşıyan dörd aviadaşıyıcıda eyni vaxtda əməliyyat həyata keçirib.
Yeni yayılan fotolar ABŞ-ın müttəfiqləri ilə birlikdə Qərbi Sakit Okeanda “F-35“ “gizli” təyyarələri və aviadaşıyıcı ilə güc nümayiş etdirdiyini göstərir.
Təlim çərçivəsində ABŞ və Böyük Britaniyaya aid “F-35 B” döyüş təyyarələri, hələ öz “F-35 B” təyyarələrini donanmasına qatmayan Yaponiyaya aid “JS Kaga” aviadaşıyıcısından uçuş həyata keçirib.
Bu “F-35“ təyyarədaşıyan gəmi təlimi, dünyada gəmi sayına görə ən böyük donanmaya sahib Çinin iyun ayında Yaponiya, Tayvan və Filipinlərdən ibarət müdafiə xəttinə iki aviadaşıyıcının yerləşdirməsindən sonra baş verib.
“F-35“ ABŞ və müttəfiqləri tərəfindən istifadə olunan, üç variantı olan döyüş təyyarələri ailəsidir. Bu variantlardan “B” modeli, tam uçuş göyərtəsi olmayan gəmilərdən qısa qalxış və şaquli eniş üçün nəzərdə tutulub. “C” modeli isə təyyarədaşıyan gəmilərində əməliyyatlar üçün hazırlanıb.
***
Təlimdə Yaponiyaya aid “Kaga”, bundan başqa ABŞ-a məxsus “USS George Washington”, səkkiz aylıq xidmətə çıxan İngiltərə aviadaşıyıcısı“HMS Prince of Wales” və “USS America” amfibi hücum gəmisi və iştirak edib.
“America” və “Prince of Wales” “F-35“B təyyarələrinə sahibdir, “George Washington” isə “F-35 C” təyyarələrindən istifadə edir.
İngiltərə Təyyarədaşıyan Gəmi Qrupu avqustun 10-da yayımladığı başqa bir fotoda, Şimal Filipin dənizinin üzərində ən az səkkiz döyüş gəmisinin müşayiəti ilə dörd “F-35“ təyyarədaşıyan gəmisinin birgə əməliyyatında olan təyyarələr görünür.
“F-35“lərin çatdırılması başladı
Yaponiya Dəniz Öz Müdafiə Qüvvələri bu gün verdiyi açıqlamada, bu uçuş əməliyyatlarının müttəfiq və tərəfdaş donanmalari ilə koordinasiyanı gücləndirdiyini bildirib. Yaponiya uçak gəmilərindən əməliyyat keçirəcək ilk “F-35 B” təyyarələri 7 avqustda Yaponiyaya təhvil verilib.
Təlimdən sonra “Prince of Wales” və iki döyüş gəmisi – bir İngiltərə esminesi və bir Norveç freqatı – bu gün Tokio yaxınlığındakı Yokosuka Dəniz Bazasına çatıb. Yerli fotoqrafın paylaşdığı şəkillərdə aviadaşıyıcının göyərtəsində çox sayda “F-35 B” təyyarəsi görünüb.
“The Japan Times” qəzetinin məlumatına görə, İngiltərə təyyarədaşıyanı avqustun 28-dən başlayaraq altı gün davam edəcək ziyarətdən sonra sentyabrın 2-də Yaponiyadan ayrılacaq. Bu döyüş gəmisi daha əvvəl iyun sonunda Sinqapura, iyul sonunda isə Avstraliyanın Şimal bölgəsində yerləşən Darvin şəhərinə səfər etmişdi.