“Lukoil”un neft emalı zavodu vuruldu
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
17:57 | 21 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 479 dəfə baxılıb
Şriftin ölçüsü
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Rusiyanın Almaniyadakı casusluq fəaliyyətləri artmaqda davam edir. Alman Hərbi Kəşfiyyat Xidmətinə (MAD) görə, Rusiyanın kəşfiyyat qurumlarının casusluq cəhdləri və sabotaj fəaliyyətlərində ciddi artım müşahidə olunur.
MAD rəhbəri Martina Rozenberq Almaniya xəbər agentliyi DPA-ya verdiyi açıqlamada, “Casusluq və hibrid tədbirlər sahəsində halların kəskin artımından danışırıq. Fəaliyyətlər daha intensiv və daha aqressiv xarakter alıb”, – deyə qeyd edib.
Rozenberqin sözlərinə görə, Rusiya kəşfiyyat xidmətləri artıq Soyuq Müharibə dövründə olduğu kimi hərəkət edir və istifadə olunan casusluq alətləri də genişləndirilib: “Casusluğa qarşı ən yaxşı müdafiə – bu təhdidi ciddi qəbul etmək, siqnallara diqqətlə reaksiya vermək və aidiyyəti orqanları vaxtında məlumatlandırmaqdır”.
MAD-ın məlumatına əsasən, Rusiyanın Almaniyadakı casusluq cəhdləri bir il ərzində demək olar ki, ikiqat artıb. Rusiya agentlərinin üçüncü ölkələr vasitəsilə Almaniyaya daxil olmağa davam etdikləri bildirilir.
Almaniyanın Müdafiə Nazirliyinə tabe olan MAD qurumu, silahlı qüvvələrin qorunması, ekstremizmin qarşısının alınması, həmçinin hərbçilər və mülki işçilərin təhlükəsizlik yoxlamalarından məsuldur.
Moskva iyulun 18-də Almaniya ilə hərbi-texniki əməkdaşlıq müqaviləsindən geri çəkildiyini açıqlayıb.
NATO, Rusiyanın qarşıdakı beş il ərzində Avropaya hücum edə biləcəyindən narahatdır. Avropa ölkələri isə, Ukrayna müharibəsinin başlanmasından bəri mümkün bir hərbi qarşıdurmaya hazırlaşırlar.