
Serozun səbəbi təkcə alkoqol deyilmiş
Alimlər qaraciyər xərçənginin əsas səbəbini aşkarladı
Alimlər qaraciyər xərçənginin əsas səbəbini aşkarladı
Ruslar həqiqətən xərçəngin dərmanını tapıblarmı?
“BioNTech”dən xəstəliklə bağlı tarixi addım
Almaniyada satışa çıxan orqanik ərzaq satışdan çıxarıldı
İndoneziyadan idxal edilən karidesdə sezyum-137 tapılıb
İsti çay və qəhvə xərçəng riskini artırır
Milyardlıq investisiya qərarı
Yoğun bağırsaq xərçəngi riskini azaldan qidalar
“İllərlə bədəndə qalır və yığılır”
Bədənə sızır, içəridən öldürür
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Xərçəngə ən çox meylli yaş qrupu müəyyən edilib
Məşhur makaron markası rəflərdən geri çağırılır
Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
ABŞ-ın Florida ştatında aparılan yeni tədqiqat göstərir ki, müntəzəm və yüksək miqdarda spirtli içki qəbulu, dünyada ən ölümcül xərçəng növlərindən biri olan “pankreas” xərçənginə tutulma riskini ciddi şəkildə artırır.
Tədqiqatın nəticələri göstərir ki, alkoqol “pankreast”a həzm fermentlərini istehsal edən hüceyrələrə zərər verir. “Pankreas” həm həzm prosesində, həm də qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır. Zamanla bu orqanda iltihab yaranır və uzun müddətli iltihab xərçəndə çevrilə biləcək ilkin lezyonlara səbəb ola bilər.
Alimlər bildirirlər ki, xəstəliyin xərçəngə çevrilməsi üçün “Ras” adlanan gendə mutasiya meydana gəlməlidir. “Ras” hüceyrələrin böyüməsini tənzimləyən gen kimi tanınır.
Tədqiqatçılar həmçinin “CREB” adlı iltihabı artıran genin təsirsizləşdirilməsi ilə “pankreast”a ilkin və ya xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısı alına biləcəyini aşkar ediblər.
Gənclər arasında hallar diqqət çəkir
“Daily Mail”in xəbərinə görə, son illərdə “pankreas” xərçəngi hallarının gənclər arasında artdığı müşahidə olunur. Lakin bu artım hələ ölüm nisbətlərinə əks olunmayıb.
“Pankreas” xərçəngi, diaqnoz qoyulduqdan sonra ilk il ərzində yalnız 10%-nin sağ qalması ilə çox pis proqnoza malikdir. Üç il sonunda sağ qalma nisbəti 1%-ə qədər düşür. On il sağ qalan xəstələrin nisbəti isə 5%-dən aşağıdır.
Ekspertlər vurğulayırlar ki, “pankreas” xərçənginin erkən mərhələdə diaqnozu həyati əhəmiyyət daşıyır. Ani çəki itkisi, davamlı yorğunluq, qarın ağrısı, bağırsaq vərdişlərində dəyişiklik, dəri və gözlərdə sarılıq xəstəliyin tez-tez nəzərdən qaçan bəzi əlamətlərdir.
“Pankreas” xərçənginin ən yayılmış növü adenokarsinom olub, halların təxminən 90%-ni təşkil edir.
Bu növ adətən heç bir əlamət vermir. Xəstələr çəki itkisi və sarılıq kimi simptomlar yaşadıqda, çox zaman xəstəlik artıq inkişaf etmiş olur. Buna görə də bu növ “səssiz qatıl” adlanır.
Son dövrlərdəki hallar isə əsasən daha yavaş inkişaf edən və yaxşı xasiyyətli ola bilən endokrin şişlərdən qaynaqlanır. Bu şişlər illər ərzində inkişaf etsə də zamanla xərçəngə çevrilə bilər.
Bəzi ekspertlər hesab edirlər ki, gənclər arasında artım əsl artımdan çox, inkişaf etmiş tibbi görüntüləmə üsullarının (MR və BT kimi) yayılmasına bağlıdır.
Kimlər risk altındadır?
Böyük Britaniya Milli Səhiyyə Xidmətinə (NHS) görə, 65 yaş və yuxarı şəxslər, xroniki pankreatit xəstələri, ailədə “pankreas” xərçəngi tarixçəsi olanlar xəstəliyə yoluxma risk qrupuna daxildir.
Digər risk faktorları arasında siqaret çəkilməsi, artıq çəki, diabet, işlənmiş ət istehlakı və bəzi qan qrupları yer alır.