vaxtlı-vaxtında oxuyun! Bazar, 26 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
Durov Makrondan qisasını alır 11:42 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Durov Makrondan qisasını alır

“Fransadakı etirazlarda “Telegram”ın istifadə olunmasından qürur duyuram”

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Telegram”ın qurucusu və baş direktoru Pavel Durov Fransada Prezident Emmanuel Makronun siyasətinə qarşı “Telegram”dan istifadə olunmasından məmnundur.

Durov “X” sosial media platformasındakı hesabından paylaşım edərək, Fransadakı etirazlarla bağlı fikirlərini açıqlayıb.

O qeyd edib ki, ölkədəki siyasi rəhbərlik 8 ildir vətəndaşları laqeyd yanaşır: “İnsanlar boş ictimaiyyətlə əlaqələr və süni danışıqdan yorulub və qarşı çıxmağa başladılar. “Telegram”ın Makronun uğursuz siyasətinə qarşı Fransadakı etirazlarda bir vasitə olmasından qürur duyuram”.

Durov 2024-cü ilin avqustunda Fransada saxlanılmış və 96 saatlıq həbs müddətindən sonra məhkəmə tərəfindən 5 milyon avro girov və məhkəmə nəzarəti şərti ilə azad edilmişdi.

O həmçinin Fransada saxlanılmasının Fransız polisinin səhvi nəticəsində baş verdiyini iddia etmişdi.