Fransada minimum əməkhaqqı narazılığı
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
14:57 | 19 may 2025 | Bazar ertəsi
Məqaləyə 310 dəfə baxılıb
Şriftin ölçüsü
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
“Telegram”ın qurucusu Pavel Durov iddia edib ki, Fransa kəşfiyyatı ondan Rumıniya seçkiləri öncəsi mühafizəkar hesabları senzura etməyi xahiş edib. Durov bu tələbi rədd etdiyini açıqlayıb. Fransa rəsmiləri görüşü təsdiqləsələr də, bu iddianı təkzib ediblər. Sağçı namizəd Rumıniya seçkilərində məğlub olub.
“Telegram” sosial şəbəkə platformasının yaradıcısı Pavel Durov iddia edib ki, Fransanın xarici kəşfiyyat agentliyi DGSE-nin rəhbəri Nikolas Lerner ondan Rumıniyada keçiriləcək seçkilər ərəfəsində sağçı və Avropa Birliyi əleyhinə olan mühafizəkar səsləri susdurmağı xahiş edib. Durov bu tələbi rədd etdiyini bildirib.
Rusiya əsilli Durov hazırda Fransada məhkəmə nəzarəti altındadır. O, Parisdəki məşhur “Crillon” hotelində qalır. “Telegram” vasitəsilə həyata keçirilən mütəşəkkil cinayət iddiaları ilə bağlı Ona qarşı rəsmi istintaq başladılıb.
Durov görüşün hotelin tarixi “Salon des Batailles” salonunda baş tutduğunu və Kəşfiyyat İdarəsinin rəisi Lernerin birbaşa ona müraciət etdiyini bildirib.
"Bu yaz “Hôtel de Crillon”dakı “Salon des Bataillesdə” Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner məndən Rumıniya seçkiləri ərəfəsində mühafizəkar səsləri susdurmağımı istədi. Mən bundan imtina etdim. Biz Rusiya, Belarus və İranda etirazçıların qarşısını almadıq. Avropada da bunu etməyəcəyik", – Durov bazar günü axşam “X” platformasındakı postunda bildirib.
***
Bazar günü Rumıniyada keçirilən prezident seçkilərində mərkəz sağçı namizəd, Buxarest meri Nikusor Dan gözlənilməz qələbə qazanıb. Onun ifrat sağçı millətçi rəqibi, özünü Donald Trampın siyasətindən ilhamlanmış kimi qələmə verən Corc Simion seçkidə məğlub olub. Simion AB əleyhinə bəyanatları ilə tanınırdı.
Nəticə Brüsseldəki mərkəzçilər rahatlayıb. Çünki onlar əsas siyasətçilərə immiqrasiya və baha başa gələn qəzəbin ifrat sağa güc verdiyindən narahat idilər.
***
Fransa kəşfiyyat agentliyi DGSE, Durovla illər ərzində bir neçə dəfə görüşdüklərini təsdiqləyib. “Ona terrorizm və uşaq istismarı məzmununun qarşısının alınmasında öz şirkətinin və şəxsi öhdəlikləri dəfələrlə xatırladılıb”, – yazılı açıqlamada deyilir.
“Hər hansı seçki prosesi ilə əlaqədar hesabların bağlanması ilə bağlı hər hansı sorğunun edildiyi barədə hər hansı iddialar tamamilə yalandır”, – açıqlamada vurğulanır.