
Avropanı bürüyən epidemiya
Salmonellanın mənbəyi salatlıq pomidorlardır?
Salmonellanın mənbəyi salatlıq pomidorlardır?
Hüceyrələri yeniləyir, orqanizmin müqavimətini artırır
Alma yeyərkən diqqətli olun ...
Hollandiyada qida əlavələri ilə bağlı sağlamlıq problemlərində ciddi artım var
Hansı vitamin nəyə xidmət edir?
İmmuniteti gücləndirir, təzyiqi aşağı salır, xoşbəxtlik hissini artırır
Hər ton pomidor 1032 dollar valyuta gətirib
Ən çox valyuta hansı sahədən gəlib?
160 ton məhsulu zay ediblər
Artıq çəki istəməyənlərə məsləhət...
Natiq Cəfərli: ««Pomidor razılaşması» Azərbaycanın ixracatına mənfi təsir göstərəcək»
İstehsalı kəskin artan pomidor neftin alternativi ola biləcəkmi?
Siyahıda Azərbaycanın da adı var, Ermənistan da
B3 hansı qidalarda mövcuddur?
«Cavab tədbirləri görəcəyik»
Qiymət iki qata qalxınca tərəvəz oğurluğu çoxalıb
Böyük Britaniyada yeni klinik sınaq başlanıb. Tədqiqatın məqsədi geni dəyişdirilərək yetişdirilən pomidorların insanlarda “D” vitamini səviyyəsini yüksəldib-yüksəltmədiyini yoxlamaqdır.
“John Innes Centre” mərkəzinin alimləri ümid edirlər ki, bu pomidorlar dünya üzrə təxminən 1 milyard insanda rast gəlinən “D” vitamini çatışmazlığı probleminin həllinə kömək edəcək.
“D” vitamini kalsium və fosforun mənimsənilməsində mühüm rol oynayır, sümük, diş və əzələ sağlamlığını qoruyur. Onun çatışmazlığı isə depressiya, demensiya və bəzi xərçəng növləri ilə əlaqələndirilir. Vitamin günəş şüaları vasitəsilə dəri tərəfindən təbii olaraq istehsal olunsa da, xüsusilə qış aylarında və bitki mənşəli qidalananlarda əksiklik daha çox müşahidə olunur.
Alimlərin hazırladığı xüsusi pomidor yüksək miqdarda D vitamini öncül maddə toplayır. Günəş işığına məruz qaldıqda bu maddə “D3” vitamininə çevrilir.
Məlumata görə, hər yetişmiş pomidor təxminən iki yumurta və ya 28 qram tuna balığı qədər “D” vitamini ehtiva edir.
Yeni sınaqda “D” vitamini çatışmazlığı olan 76 könüllü üç həftə ərzində hər gün pomidor şorbası içəcək. Onlardan bir qisminə genetik dəyişdirilmiş, digər qisminə isə adi pomidordan hazırlanmış şorba veriləcək. Könüllülər hansı qrupa aid olduqlarını bilməyəcəklər.
Hər iştirakçı eyni zamanda günəş işığına məruz qalma səviyyəsini ölçmək üçün üzərində UV sensor daşıyacaq.
Layihənin rəhbəri Keti Martin, “İnsanlar adətən vitamin əlavəsi qəbul edir. Halbuki yeni seleksiya üsulları ilə onsuz da sağlam olan bu təzə məhsullar əvvəldən mikroelementlərlə zənginləşdirilə və hamımızın sağlamlığına töhfə verə bilər”, – deyib.
Həmin elmi qrup daha əvvəl də antioksidant baxımından zəngin bənövşəyi rəngli genetik dəyişdirilmiş pomidorları bazara çıxarmışdı.