
Məşhur brend testləri keçmədi
Ölkəmizdə də məşhur markanın kifayət qədər bahalı məhsulu “zəif” qiymət aldı
Ölkəmizdə də məşhur markanın kifayət qədər bahalı məhsulu “zəif” qiymət aldı
Hansı vitamin nəyə xidmət edir?
İmmuniteti gücləndirir, təzyiqi aşağı salır, xoşbəxtlik hissini artırır
“Payızda bizi çox ciddi məhsul qıtlığı gözləyir”
GMO məhsulların Azərbaycana gətirdiyi təhlükə
Artıq çəki istəməyənlərə məsləhət...
B3 hansı qidalarda mövcuddur?
Millət vəkili: «Görünür, hansısa məmurlara bu sərf etmir...»
Hər gün az miqdarda yemək orqanizmi cavanlaşdırır
...Əksinə siqaret çəkənlər üçün ciyər xərçəngi riskini artırır
Yaxud firmaların hədiyyəli kampaniyalarının arxasından görün nələr çıxır...
Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, ...
Sayı qədər dərdə dərman olduğu üçün çoxdənəlidir
Hamısına tək dərman var ÇUĞUNDUR
Hollandiyada vitamin və əlavələrin istifadəsi ilə bağlı sağlamlıq problemlərinin artması müşahidə olunur. Mütəxəssislər əhalini həddindən artıq dozadan və nəzarətsiz məhsullardan xəbərdar edir.
Hollandiyada vitamin və bitki mənşəli əlavələrin, xüsusilə B6 vitamininin istifadəsi ilə bağlı sağlamlıq problemlərində ciddi artım var. Onlarla insanın əl və ayaqlarında keyimə kimi sinir sistemi problemi yaşadığı bildirilir.
Lareb Yan Təsirlər Mərkəzi 2024-cü ildə vitaminlər, bitki mənşəli qarışıqlar və qida əlavələri ilə bağlı 185 mənfi hadisənin bildirildiyini açıqladı. Bu, əvvəlki illə müqayisədə 27 faiz artım deməkdir. Milli Zəhər İnformasiya Mərkəzinin (NVIC) məlumatına görə, ötən il bitki mənşəli və analoji məhsullarla bağlı 707 şikayət daxil olub. Bundan əlavə, vitamin və minerallarla bağlı 1500-dən çox müraciət edilib.
“Algemeen Dagblad” (AD) qəzeti ekspertlərin bu rəqəmlərin yalnız “aysberqin görünən hissəsi” olduğunu bildirib. Çünki araşdırmalara görə, Hollandiyalıların 56 faizi müntəzəm olaraq əlavələrdən istifadə edir.
***
Ailə həkimi Karel Bos qəzetə bildirib ki, vitamin həddindən artıq olması səbəbindən hər ay rast gəlinir. "Bu insanlar özlərini daha enerjili hiss edəcəklərini düşünürlər, lakin keyimə kimi nevroloji simptomlarla gəlirlər. Belə hallarda B6 səviyyələri çox yüksək görünür və bu şikayətlərin aradan qalxması aylar çəkə bilər".
Başqa bir vəziyyətdə xəstənin böyrək daşlarının və qanında dəmirin artıq olduğunu bildirən Bos, bu vəziyyətin həddindən artıq C vitamini istifadəsindən qaynaqlandığını vurğulayıb: “Həddindən artıq sidiklə atıldığı düşünülür, amma əslində böyrəklərə ciddi ziyan vura bilər”.
***
Larebə çatan yeni şikayətlərin bəziləri stressə qarşı bir məhsul olaraq istifadə edilən “Ashwagandha” adlı bitki mənşəli məhsulla bağlıdır. İndiyədək cəmi 7 hadisənin qeydə alındığı bildirilsə də, bunun qaraciyərə ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq edilib. Qurum bu məsələ ilə bağlı ictimaiyyəti yenidən məlumatlandıracağını açıqlayıb.
Mütəxəssislər sosial şəbəkələrdə vitaminlərin həddindən artıq təriflənməsindən narahatdırlar. “Wageningen” Universitetindən professor Renger Vitkamp, "Bəzi sosial şəbəkə fenomenləri daim insanları nəyisə udmağa təşviq edirlər. Bu, çox təhlükəlidir", – deyib.
***
Larebin sözlərinə görə, vitamin B6-nın istifadəsində ciddi həddindən artıqlıqlar var. Ancaq sağlam bir insanın gündəlik tələbatı cəmi 1,6 milliqramdır və bu miqdar normal qidalanma ilə qarşılana bilər. Ancaq bəzi insanlar şüursuz olaraq gündə 50-80 milliqram kimi yüksək dozaya çatırlar.
Hazırda qanuni limit 21 milliqram olsa da, bu dəyərin kifayət qədər qoruyucu olmadığına dair şikayətlər artır. Bu səbəbdən Səhiyyə Nazirliyi əlavə məhsullarda B6 miqdarının qanuni yuxarı həddini öz gündəliyinə qoyub.
***
Digər tərəfdən, vitamin və bitki mənşəli əlavələr dərmanlar sinfinə aid edilmədiyi üçün rəsmi nəzarətə məruz qalmır. Bu vəziyyət çox vaxt məzmunun tam məlum olmamasına gətirib çıxarır.
Mütəxəssislər bu problemi aradan qaldırmaq üçün istehsalçılardan bazara təqdim etdikləri məhsullar və onların məzmunu barədə səlahiyyətli orqanlara əvvəlcədən məlumat verməyi tələb etməyi tövsiyə edir ki, potensial sağlamlıq riskləri daha əvvəl aşkar olunsun.