
Ən çox meyvə və tərəvəzlərdə olur
Hansı vitamin nəyə xidmət edir?
Hansı vitamin nəyə xidmət edir?
İsveçdə ərzaq qiymətlərinin kəskin artması ilə bağlı boykot
Qida təhlükəsizliyi mütəxəssislərindən kritik xəbərdarlıq
Anana de ki, o dayı gəldi də, getdi də
“Payızda bizi çox ciddi məhsul qıtlığı gözləyir”
Ekspert: “Kütlənin nəbzini ölçən işbazlar bu amillə gözəl oynayırlar”
GMO məhsulların Azərbaycana gətirdiyi təhlükə
İllik qiymət bahalaşması açıqlandı
Subtropik meyvənin tərkibində yodun çoxluğu hansı xəstəliyə məsləhət deyil?
Millət vəkili: «Qiymət artımları ilə bağlı analiz aparılmalı, səbəblər müəyyənləşdirilməli və tədbirlər görülməlidir»
Millət vəkili: «Bahalaşmanın qarşısını almaq üçün hökumətin əlində rıçaqlar mövcuddur»
«Məqsəd qiyməti qaldırmaq yox, aşağı salmaq olmalıdır»
Ekspert: «Bundan sonra da bahalaşmanı mərhələli şəkildə görəcəyik»
Bəs köhnə kartofun qiyməti niyə düşmür?
Qiymət Novruz bayramında 2 dəfə qalxıb
«Mal əti 10 manata qalxıb, heç səsiniz çıxmır»
«Ekspertlər payızda qiymətlərin, inflyasiyanın artacağını deyirlərsə, yəqin, əsasları var. Amma benzinin qiymətinin bahalaşması artıq özünü bazarda göstərib».
Deputat Fərəc Quliyev payızda Azərbaycanda qiymətlərin artacağı ilə bağlı ekspert proqnozlarını belə dəyərləndirib.
Deputat deyir ki, kimin nə deməsindən asılı olmayaraq, benzinin bahalaşması bazara təsirini göstərib:
«Baxın, yay aylarıdır, amma meyvənin qiyməti düşmür. Digər tərəfdən iqtisadi artım da yoxdur, əksinə, 1.3 faiz həcmində azalma baş verib».
F.Quliyev üstəlik, belə bir narahatlıq dilə gətirib ki, payızda dollara tələbat artacaq. Bu da qiymət artımına təsir edə bilər.
Deputat vurğulayır ki, qeyri-neft sahəsində artım olmasına baxmayaraq, idxaldan asılılıq hələ də qalmaqdadır. Onun fikrincə, idxal edilən məhsulların çoxunu ölkədə istehsal etmək imkanları var: «Amma, görünür, hansısa məmurlara bu sərf etmir...».
Deputat hesab edir ki, sahibkarlara dəstək artırılmalı və ölkəyə xarici investisiya cəlbi sürətləndirilməlidir: «Əgər bunlar olmayacaqsa, o zaman payızda bahalaşma və inflyasiyanın artması da mümkündür. Bir sözlə, çox şey hökumətin davranışından asılı olacaq».
Azərbaycanda Aİ-92 markalı benzin bu il iyulun 15-də bahalanıb. Onun litri 70 qəpikdən 90 qəpiyə qaldırılıb.