
Sosial yardım məbləği nə qədər artacaq?
“Yaşayış minimumu haqqında” Qanun qəbul edildi
“Yaşayış minimumu haqqında” Qanun qəbul edildi
Ərzaq və kirayə qiymətlərinin artırılması inflyasiyanı yüksəltməyə davam edir
Anbarlardakı ehtiyatlardan 200 min ton çıxarılacaq
Vegetarianlar və ət yeyənlər üzərində aparılan araşdırma təəccüblü nəticələr verdi
Yağ, süd, yumurta, ət məhsullarında heksan zəhərli maddəsi tapılıb
Almaniyada yeməyi atmaq onu bağışlamaqdan daha asan və ucuzdur
Xərçəngə səbəb olan maddələr tapıldı
Mağazaya girən oğru 921 avroluq mal oğurlayıb
1 ton uçun 94 dollar ucuzlaşan ərzaq məhsulu, pərakəndə satışda bahalaşıb
Məhsullar piştaxtadan çıxarılıb və geri qaytarılıb
Banan alarkən diqqətli olun!
Fermerlərin qlobal istiləşmədən daha böyük problemi yaranıb – qurdlar
Uşaqlarınızı supermaket arabalarına otuzdurmayın!
Toyuq və ya mal ətini geridə qoydu
Səhər yeməklərinin vazkeçilməzinin qiymətlərində böyük artım
Vegetarian və pəhriz saxlayanların sevimli qidası idi
Market səbətinizdə qidaları nə dərəcədə şüurlu şəkildə alırsınız? Supermarketdən aldığınız bəzi qidaların təhlükələrindən xəbəriniz varmı?
Zərərsiz görünən bəzi qidalar həyat üçün təhlükə yarada bilər. Qida təhlükəsizliyi mütəxəssislərinin potensial təhlükəli olduğunu söylədiyi qidalar bunlardır...
Dilimlənmiş meyvə və tərəvəzlər
Amerikalı qida təhlükəsizliyi üzrə ekspert Brayan Quok və digər ekspertlər, ərzaq mağazasında satın alınan əvvəlcədən dilimlənmiş meyvə və tərəvəzlərin potensial ölümcül infeksiya riski daşıya biləcəyi barədə xəbərdarlıq etdilər.
Çünki meyvənin qoruyucu qabığı kəsilir, içərisi yumşaq və nəmli qalır, beləliklə bakteriyalara münbit şərait yaranır.
Ekspert supermarketlərdə dilimlənmiş meyvələrdən çəkinməyi tövsiyə etdi və bu cür qidaların lazımi qaydada bişirilmədən istehlakının qida zəhərlənməsi riski daşıdığı barədə xəbərdarlıq etdi.
Xüsusilə dilimlənmiş manqo, qovun və ananasın paketlərində zərərli bakteriyalar olan E. coli kimi patogenlərin olması ehtimalının yüksək olduğu bildirilir.
Təzə toxumlar
Delaver Universitetinin mikrobiologiya professoru Kali Knil salatlara, şorbalara və sendviçlərə əlavə edilən kiçik təzə toxumlar də E.coli, listeria və salmonella kimi təhlükəli patogenləri daşıya biləcəyini söyləyib.
O, bunun səbəbinin cücərmə prosesi zamanı rütubətli və isti mühitin bakteriyaların çoxalması üçün ideal mühit yaratması olduğunu bildirdi.
Professor bildirib ki, toxumlar üçün cücərmə prosesində olan mikroorqanizmlər üç gündə bir milyarda çata bilər.
Çiy süd
Brayan Quok, pasterizə edilməmiş (qaynadılmamış) çiy süd istehlakının da ciddi risklər daşıdığını ifadə edib. Bu süd növü risklidir, çünki E. coli, campylobacter və listeria kimi patogenləri öldürmək üçün lazımi istilik müalicələrinə məruz qalmamışdır. Böyük Britaniyada çiy süd yalnız qeydiyyatdan keçmiş istehsalçılardan birbaşa alına bilər. Çiy süd satışı Şotlandiyada tamamilə qadağandır.
E. coli infeksiyaları ümumiyyətlə qızdırma, qusma və ishal kimi simptomlara səbəb olur. Lakin immun sistemi zəif olan şəxslərdə infeksiya qana keçərək orqanlara ciddi ziyan vura bilər. Mütəxəssislər bildirirlər ki, bu cür infeksiyalardan qorunmaq üçün qida gigiyenasına diqqət yetirilməlidir.