
“Pivə şüşəmiz dolu deyil”
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
Məhsullar piştaxtadan çıxarılıb və geri qaytarılıb
İngiltərə ət-süd məhsullarına qadağa qoydu, Avstriya sərhədlərini tamamilə bağladı
Avstriya sərhədlərini bağlayır
Qida təhlükəsizliyi mütəxəssislərindən kritik xəbərdarlıq
Məhsullar kiçilir, qiymətlər artır
Avstriyada koalisiya qurmaq istəyən iki partiyanın gizli protokol mətbuata sızdı
Nasizm Avropaya qayıdır?
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
Hər iki ölkənin səfiri XİN-ə çağırılıb
Avstriyalı 38 yaşlı keşiş narkotik istehsalına görə həbs olunub
Miçiqan Dövlət Universiteti məhkəməyə verilib
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
SEPAH xarici diplomatlar həbs edib
Avstriya lideri ilə Putin arasında danışıqlar “dostluq görüşü” olmayıb
Avstriyada aparılan yeni bir araşdırma, supermarket rəflərində satılan pulbibərinin ciddi sağlamlıq riski yarada biləcəyini ortaya qoydu. “Greenpeace” tərəfindən aparılan sınaqlarda 13 fərqli pulbibər məhsulunda Avropa Birliyində (AB) qadağan olunmuş 37 fərqli pestisidin qalıqları aşkar edilib.
Xüsusilə “Las Hermanas şarf” adlanan məhsulda xərçəngə səbəb olduğu bilinən Antraxinon maddəsinin qanuni həddən 13 dəfə çox olduğu bildirilib. “Kotányi Paprika scharf” adlı məhsulda əsəb sisteminə və cinsiyyətə zərərli təsir göstərən Chlorfenapyr pestisidinin qanunla müəyyən edilmiş həddən az qala iki dəfə yüksək səviyyəyə çatdığı müəyyən edilib.
***
Sınaqdan keçən məhsullarda AB-də istifadəsi qadağan edilən Thiamethoxam və Indoxacarb kimi maddələr də aşkar edilib. Bu kimyəvi maddələrin hormonal sistemə və immunitetə mənfi təsirləri məlumdur.
Tədqiqata daxil edilən üç üzvi məhsulda nisbətən aşağı səviyyədə pestisidlər olub. Bununla belə, xlorat həm üzvi, həm də ənənəvi məhsullarda çox tapılıb. “Greenpeace”, maddənin dezinfeksiyaedici qalıqların və ya içməli suyun nəticəsi olduğunu bildirib.
***
“Greenpeace” rəsmiləri tapıntıların son dərəcə narahatlıq doğurduğunu bildirib və bütün Avropada qida təftişlərinin artırılmasına çağırıb. O, həmçinin bəyan edib ki, tərkibində qadağan olunmuş pestisidlər olan xaricdən gətirilən məhsulların bazara çıxarılmasının qarşısı alınmalı və ekoloji təmiz əkinçiliyə daha güclü dəstək verilməlidir.
Mütəxəssislər istehlakçılara xüsusilə qaynar və üyüdülmüş ədviyyatlar üçün etibarlı mənbələr seçmələri, mümkün olduğu qədər orqanik və sertifikatlı məhsullar almaları barədə xəbərdarlıq ediblər. Əks halda bu məhsulların uzun müddətdə sağlamlığa ciddi ziyan vura biləcəyi bildirilir.