
Fransanın məşhur şirkəti Türkiyəyə satılır
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
“Veolia”, “Suez”, “Paprec” və “Urbaser” kimi Fransanın aparıcı tullantı və təmizlik şirkətlərinin subpodratçıları tərəfindən illərlə qeyri-qanuni işlədilən, aralarında türklərin də olduğu 11 keçmiş miqrant işçi Parisdə əmək məhkəməsində haqlarının bərpa olunmasına çalışır. İddia iş dünyasında gizli əmək sisteminə işıq salıb.
Paris əmək məhkəməsində (prud’hommes) tarixi işə baxılır. Türk əsillilərin də daxil olduğu 11 keçmiş oturum icazəsi olmayan miqrant işçi (“sans-papiers”) bildirir ki, illərlə tullantı çeşidləmə mərkəzlərində işləsələr də, qanuni hüquqlardan məhrum ediliblər.
Onlar rəsmən subpodratçı şirkətlərin yanında işləyirmiş kimi göstəriliblər. Halbuki fəaliyyət göstərdikləri mərkəzlər birbaşa “Veolia”, “Suez”, “Paprec” və “Urbaser” kimi nəhəng təmizlik şirkətlərinə məxsusdur.
İşçilərin iddialarına görə, maaşlar minimum əmək haqqından aşağı hesablanıb. O cümlədən işlədikləri artıq iş saatlarına görə məvacib ödənilməyib. Bundan başqa qanuni istirahət vaxtları tətbiq edilməyib və İş qəzaları gizlədilib, sənədləşdirilməyib.
Bir işçi hətta rəhbərinə mesajla “Hamımız “sans-papiers”ik” yazsa da, buna heç bir reaksiya verilməyib.
Bu ağır istismar sisteminə qarşı ilk addım 2022-ci ildəki əmək yoxlamaları ilə atılıb. İş müfəttişləri dörd fərqli tullantı çeşidləmə mərkəzində vəziyyəti sənədləşdirib. Ardınca işçilər 2023-cü ilin yayında açıq şəkildə etiraza çıxıb, işə götürülüblər və əksəriyyəti oturum icazəsi ala bilib.
Davanın əsas sualı “Subpodratçıların qanunsuz əməlindən əsas işəgötürən məsuliyyət daşıyırmı?” şəkilndədir.
İşçilərin vəkilləri iddia edir ki, böyük firmalar bu prosesə göz yummaqla şərik olublar.
Paris əmək məhkəməsində görülən bu iş təkcə 11 nəfərin deyil, Fransadakı on minlərlə qeydiyyatsız işçinin taleyini dəyişə bilər.
İlk dinləmələr başa çatıb. Məhkəmənin qərarını qarşıdakı aylarda elan edəcəyi gözlənilir. İşçi hüquqları müdafiəçiləri bu prosesin “nümunəvi qərar” olacağına ümid edirlər.