Kreml RT və «Sputnik»in heyfini çıxır
Rusiya ABŞ-ın CNN telekanalını Rusiya qanunlarını pozmaqda ittiham edir
18:38 | 6 may 2026 | Çərşənbə
Məqaləyə 14 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya ABŞ-ın CNN telekanalını Rusiya qanunlarını pozmaqda ittiham edir
ABŞ prezidenti «dördüncü hakimiyyət»lə bacaracaqmı?
Tramp aparıcı jurnalistləri zala yığıb söyməyə başladı
Bir də «təhlükəsizlik kəməri»ndən istifadəni unutmayın!
«Putin bu oyunu udana oxşamır»
«Putin bu oyunu udana oxşamır»
«Putin bu oyunu udana oxşamır»
CNN-in təsisçisi Ted Törner 87 yaşında vəfat edib.
VAXT.AZ xəbər verir ki, məlumatı CNN və “Turner Enterprises” təsdiqləyib.
Ted Törner 1980-ci ildə CNN-i (Cable News Network) təsis edərək dünya mediasında inqilabi dəyişikliklərə səbəb olub. Törner, 24 saatlıq xəbər yayım formatını yaradaraq televiziya jurnalistikasında yeni bir dövrün əsasını qoyub.
Bundan əlavə, o, “Turner Broadcasting System” media imperiyasını qurub. Onun yaratdığı struktur çərçivəsində TNT, “Cartoon Network” və sonradan “Adult Swim” kimi məşhur televiziya kanalları fəaliyyətə başlayıb.
1991-ci ildə o, “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib. Nəşr onu “qlobal hadisələrin dinamikasına təsir edən və 150 ölkədə milyonlarla insanı hadisələrin canlı şahidinə çevirən şəxs” kimi xarakterizə edib.
Ted Törnerin vəfatı media dünyasında böyük itki kimi qiymətləndirilir. Onun yaratdığı xəbər modeli qlobal informasiya sisteminin formalaşmasında əsas dönüş nöqtələrindən biri hesab olunur.