
Lekornu baş nazir oldu
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Orijinalından 10 dəfə balaca olan abidə satışa çıxarıla bilər
İki nəfər həbs edildi
Fransanın ən ucuz kababçısı bağlandı
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Fransanın simvolu istidən qızaraq hər gün 20 santimetr genişlənir
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Qülləni təmir etmək əvəzinə rəngləyirlər
Sankt-Peterburburq faciəsinin törədənin qırğız olması heç kəsə təəccüblü görünmədi...
Fransanın rəmzi olan qülləyə 300 milyon avro xərclənəcək
Fransanın rəmzi olan qülləyə 300 milyon avro xərclənəcək
Parisin simvolu sayılan Eyfel qülləsinin 2026-cı ildə söküləcəyi barədə iddialar sosial mediada sürətlə yayılıb. Bu xəbərlər qüllənin müvəqqəti bağlanmasından sonra ortaya çıxıb.
Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, 330 metr hündürlüyündəki qüllə hər il milyonlarla turist qəbul edir və 2023-cü ildə 117 milyon avrodan çox gəlir əldə edib. Dövlət subsidiyası almayan bu tarixi abidə 300-dən artıq şəxsi işlə təmin edir.
Qüllə, oktyabrın 2-də Fransada keçirilən ümummilli tətil və etirazlar zamanı təhlükəsizlik məqsədilə qısa müddətlik bağlanmış və girişdə “Tətil səbəbindən Eyfel qülləsi bağlıdır” yazılı elan yerləşdirilmişdi.
İddiaların qaynağı, bir xəbər saytında dərc olunan satirik məqalə olub. Məqalədə qüllənin “nəhəng bir attraksiona və ya konsert salonuna çevriləcəyi” barədə zarafat edilib. Sonradan sosial şəbəkələrdə bu məlumatlar həqiqət kimi yayılaraq çaşqınlıq yaradıb.
Eyfel qülləsini idarə edən “Société d'Exploitation de la Tour Eiffel” (SETE) rəsmi açıqlama verməsə də, qurumun internet saytında bilet satışı və ziyarət rezervasiyası davam edir.
Mütəxəssislər bildirirlər ki, bu cür sosial şəbəkə dezinformasiyaları turizm sektoruna zərər vurur. Bənzər hallar İtaliyada da müşahidə olunub – saxta rəylər və xəbərlər bəzi otel və restoranların gəlirini 30%-dək azaldıb.