Yeni pandemiya qorxusu?
Hantavirusla bağlı narahatlıq artır – mütəxəssislərdən açıqlama, maska məcburiyyəti ...
13:10 | 12 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 11 dəfə baxılıb
Şriftin ölçüsü
Hantavirusla bağlı narahatlıq artır – mütəxəssislərdən açıqlama, maska məcburiyyəti ...
Avropada ölənlər var; ölkələr xəbərdar edildi
3 nəfər öldü, 150 nəfər karantinaya alınıb; DST vəziyyəti izləyir
Hava kirliliyi və demensiya arasında əlaqə
Nələri bilmək lazımdır?
Çağırışlar, risklər və müasir strategiyalar
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
Dünyada hər saatda 100 insan yalnızlığın qurbanı olur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Dünya yeni epidemiyaya hazırlaşır
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”
Avropada qırmızı xəbərdarlıq – 2 dəfə artıb, 38 ölüm qeydə alınıb
Araşdırmanın nəticəsi qorxuncdur
DST ABŞ-ın geri çəkilməsindən sonra üzvlük haqqını artırmaq istəyir
Cənubi Amerikadan Avropaya doğru hərəkət edən “MV Hondius” kruiz gəmisində qeydə alınan hantavirus yayılmasından sonra Fransaya təxliyə edilən sərnişinlərdən birinin laboratoriya testləri pozitiv çıxıb.
VAXT.AZ “The Guardian”a istinadən xəbər verir ki, Fransanın Baş naziri Sebastian Lekornunun sözlərinə görə, Kanar adalarından ölkəyə gətirilən beş Fransa vətəndaşından birində uçuş zamanı simptomlar yaranıb. Sonradan aparılan analizlər həmin sərnişinin “Andes hantavirusu”na yoluxduğunu göstərib.
Fransanın səhiyyə naziri Stefani Ristnin sözlərinə görə, yoluxmuş qadının vəziyyəti ağırlaşdığı üçün o, Parisdə reanimasiya şöbəsinə yerləşdirilib. Digər dörd fransız sərnişinin ilkin test nəticələri mənfi çıxsa da, onlar da təkrar müayinədən keçiriləcək.
Fransa hökuməti “MV Hondius” gəmisində olmuş və ölkəyə daxil olmuş şəxslər üçün sərt karantin rejimi tətbiq edib. Qərara əsasən, həmin şəxslər ilkin tibbi müşahidədən sonra ümumilikdə 42 gün ərzində nəzarət altında saxlanılacaq. Fransa hakimiyyəti həmçinin 22 nəfəri mümkün təmaslı şəxs kimi müəyyən edib.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, “MV Hondius” gəmisində indiyədək təsdiqlənmiş yeddi hantavirus yoluxması qeydə alınıb. Üç sərnişin həyatını itirib. Virusun mənbəyi kimi Argentinada gəmi sərnişinlərinin iştirak etdiyi ekspedisiya zamanı gəmiricilərlə təmas ehtimalı araşdırılır.
Mütəxəssislər bildirirlər ki, gəmidə aşkarlanan “Andes hantavirusu” insanlar arasında ötürülə bilən yeganə məlum növdür. Bununla belə, DST və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) ümumi əhali üçün riskin aşağı olaraq qaldığını vurğulayır.
“MV Hondius” gəmisi İspaniyanın Tenerife adası yaxınlığında lövbər saldıqdan sonra sərnişinlər ölkələr üzrə qruplar halında təxliyə olunub. Sərnişinlər arasında Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya və digər ölkələrin vətəndaşları olub. Təxliyədən sonra gəmi az sayda heyətlə Niderlanda doğru yola düşüb.