Nə müalicəsi var, nə də peyvəndi
Avropa Dərman Agentliyindən hantavirus etirafı
11:42 | 20 may 2026 | Çərşənbə
Məqaləyə 13 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa Dərman Agentliyindən hantavirus etirafı
Hollandiyada 12 səhiyyə əməkdaşı karantinə alındı
DST baş direktoru: “Narahat olduğunuzu bilirəm”
Test analizləri pozitiv çıxan Fransa vətəndaşının vəziyyəti ağırdır
Hantavirusla bağlı narahatlıq artır – mütəxəssislərdən açıqlama, maska məcburiyyəti ...
Avropada ölənlər var; ölkələr xəbərdar edildi
3 nəfər öldü, 150 nəfər karantinaya alınıb; DST vəziyyəti izləyir
Hava kirliliyi və demensiya arasında əlaqə
Nələri bilmək lazımdır?
Çağırışlar, risklər və müasir strategiyalar
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
Dünyada hər saatda 100 insan yalnızlığın qurbanı olur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Dünya yeni epidemiyaya hazırlaşır
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyası sürətlə genişlənir. Ölkənin Səhiyyə Nazirliyinin son məlumatına görə, virus səbəbindən həyatını itirənlərin sayı 131 nəfərə çatıb.
VAXT.AZ “Agence France-Presse”ə istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (DST) epidemiyanın miqyası və yayılma sürətinin ciddi narahatlıq doğurduğunu bildirib. Qurum ötən həftəsonu vəziyyətlə bağlı “beynəlxalq əhəmiyyətli ictimai səhiyyə üzrə fövqəladə vəziyyət” elan edib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) Konqoda çalışan bir ABŞ vətəndaşının Ebola virusuna yoluxduğunu açıqlayıb. Bildirilir ki, həmin şəxsdə həftəsonu xəstəliyin simptomları müşahidə olunub və bazar gecəsi aparılan testin nəticəsi müsbət çıxıb.
Almaniya Səhiyyə Nazirliyi ABŞ hakimiyyət orqanlarının yardım müraciətini təsdiqləyib. Nazirlikdən verilən məlumata görə, yoluxmuş şəxsin Almaniyada müalicəsi üçün hazırlıq işləri davam edir. Almaniyanın yüksək yoluxuculuq qabiliyyətinə malik xəstəliklərin müalicəsi üzrə xüsusi milli şəbəkəyə malik olduğu vurğulanıb.
Konqo Səhiyyə Naziri Samuel Rocer Kamba bildirib ki, ölkədə indiyədək 513 şübhəli Ebola hadisəsi qeydə alınıb. Əvvəlki rəsmi məlumatlarda 91 ölüm və 350 yoluxma halı göstərilmişdi.
Epidemiyanın əsas ocağı Uqanda və Cənubi Sudan sərhədinə yaxın yerləşən İturi əyaləti hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, hazırkı epidemiya Ebola virusunun nadir rast gəlinən Bundibuqyo variantından qaynaqlanır. Bu varianta qarşı hazırda nə təsdiqlənmiş peyvənd, nə də spesifik müalicə üsulu mövcuddur.
Bu, 1976-cı ildən bəri Konqoda qeydə alınan 17-ci Ebola epidemiyasıdır. Bundibuqyo variantı isə ölkədə üçüncü dəfə aşkarlanıb.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) Konqo və Uqandada yoluxma sayının sürətlə artdığını və region üzrə yayılma riskinin yüksək olduğunu bildirib. Qurum beynəlxalq ictimaiyyəti hələlik səyahət məhdudiyyətləri tətbiq etməməyə çağırıb.